“Təhlükəsiz iş aylığı”nın yekunları açıqlanıb (FOTO)

“Təhlükəsiz iş aylığı”nın yekunları açıqlanıb (FOTO)

Azərbaycan, Bakı, 4 may /Trend/

Dövlət Əmək Müfəttişliyi Xidməti "Təhlükəsiz iş aylığı"nın yekunlarını açıqlayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Fuad Əlizadə 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar ötən ay Azərbaycanda elan olunmuş "Təhlükəsiz iş aylığı"nın yekunlarına dair mətbuat konfransı keçirib. ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, F.Əlizadə Xidmət tərəfindən nəzarət tədbirləri ilə yanaşı, əməyin mühafizəsi məsələlərinə işəgötürənlərin diqqətinin artırılması üçün maarifləndirici və qabaqlayıcı tədbirlərə də xüsusi önəm verildiyini vurğulayıb: "Hələ 2014-cü ilin sentyabr ayından başlayaraq ölkədə ilk dəfə "Təhlükəsiz iş həftəsi", bu il yanvarın 26-dan fevralın 5-dək isə "Təhlükəsiz iş ongünlüyü" keçirilib. Cari il aprel ayının "Təhlükəsiz iş aylığı" elan edilməsi də bu yöndə tədbirlərin davamı olmaqla, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması sahəsində mövcud nöqsanların aradan qaldırılmasına, işçi əməyinin təhlükəsizliyi ilə bağlı işəgötürənlərin sosial məsuliyyətinin artırılmasına xidmət edib".

Aylıq çərçivəsində konkret Tədbirlər Planı əsasında aparılan işləri diqqətə çatdıran F.Əlizadə bildirib ki, bu dövrdə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərində, Lənkəran, Şəki, Quba, Bərdə, İmişli, Qazax rayonlarında yerləşən 12 iri müəssisənin işəgötürənləri və əmək kollektivləri ilə görüşlər keçirilib. Bu görüşlər zamanı onlara əmək qanunvericiliyi, əməyin mühafizəsi norma və standartları, qaydaları, istehsalat qəzalarının qarşısının alınması profilaktikası barədə dolğun məlumatlar verilib.

Habelə işəgötürənlərin və işçilərin əməyin mühafizəsi ilə bağlı sualları cavablandırılıb, eləcə də əməyin mühafizəsi tələblərinin pozulmasına görə işəgötürənlər üçün qanunvericilikdə nəzərdə tutulan cəza tədbirləri onların nəzərinə çatdırılıb. Həmin müəssisələrdə yaradılmış əmək şəraitlərinə baxış olub, onlara müvafiq hüquqi-praktik izahatlar verilib. Xidmət rəisi qeyd olunan dövrdə tikinti obyektlərində, eləcə də mişar, dekorativ və üzlük daşlarının istehsalı sahələrində (daş karxanalarında), yəni istehsalat qəzası riski yüksək olan iş sahələrində əmək şəraitinin təhlükəsizliyinin qiymətləndirilməsi məqsədilə nəzarət tədbirlərinin həyata keçirildiyini diqqətə çatdırıb: "Təhlükəsiz iş aylığı" çərçivəsində ümumilikdə 49 müəssisədə əməyin mühafizəsi vəziyyətinə nəzarət tədbiri həyata keçirilib. Onu da bildirim ki, hələ cari ilin əvvəllərində digər müəssisələr kimi, bu müəssisələrə də rəsmi məktubla müraciət olunaraq, əməyin mühafizəsi sahəsində mövcud nöqsanların Əmək Məcəlləsinin 215-ci maddəsinə uyğun şəkildə aradan qaldırılması barədə icrası məcburi olan göstəriş verilib, bu sahədə vəziyyətin araşdırılacağı bildirilib. Buna baxmayaraq, onlardan 28-də sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması ilə bağlı hüquq pozuntuları aşkar edilib. Həmin hüquq pozuntuları ilə əlaqədar aidiyyəti işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən ümumilikdə 52500 manat məbləğində cərimələr tətbiq olunub. Daha ciddi hüquq pozuntularının aşkar edildiyi və işçilərin həyat və sağlamlığı üçün təhlükə doğuran əmək şəraitinin mövcud olduğu, digər tərəfdən qeyri-leqal işçilərin işə cəlb olunduğu 6 müəssisədə (daş karxanasında) Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əməkdaşlarının iştirakı ilə birgə dövlət nəzarəti tədbirləri həyata keçirilib və bu müəssisələrdə işlər aşkar olunan nöqsanlar aradan qaldırılana qədər dayandırılıb".

F.Əlizadə ötən dövrdə görülən tədbirlər nəticəsində bir sıra mişar, dekorativ və üzlük daşlarının istehsalı ilə məşğul olan müəssisələrdə müsbət istiqamətdə müəyyən işlərin görüldüyünü qeyd edib: "Mişar, dekorativ və üzlük daşlarının istehsalı ilə məşğul olan 18 müəssisədə (daş karxanasında) nöqsanların aradan qaldırılması yönündə artıq müəyyən işlər görülüb. Əvvəllərdə həmin müəssisələrdə işçilər üçün nəinki sanitar-gigiyenik şərait yox idi, hətta yemək və soyunub-geyinmə üçün otaqlar belə mövcud deyildi. Bu gün isə onlarda müvafiq işlər görülməklə, həmin dözülməz şərait aradan qaldırılıb, işçilər üçün zəruri otaqlar yaradılıb, onlar fərdi mühafizə vasitələri ilə təmin olunublar, istehsal qəzalaraının qarşısının alınması üçün önləyici tədbirlər görülüb".

Xidmət rəisi əmək qanunvericiliyinə əməl olunmasına, o cümlədən əməyin mühafizəsinə dövlət nəzarətinin güclənməsinin, işçilər və işəgötürənlər arasında mütəmadi məlumatlandırma tədbirlərinin müsbət nəticələrini qeyd edib: "Cari ilin birinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 40 faiz azalaraq 33-ə, bu hadisələr nəticəsində xəsarət alanların sayı 49 faiz azalaraq 25 nəfərə, ölənlərin sayı isə 50 faiz azalaraq 8 nəfərə enib. Ötən ilin ilk rübündə istehsalatla əlaqəli qrup halında 10 bədbəxt hadisə qeydə alınıb, lakin bu ilin birinci rübündə belə hadisə baş verməyib". O, istehsalatda baş verən bədbəxt hadisələrin səbəblərinin əsasən hündürlükdən yıxılma, sürüşmə (büdrəmə), zərbə nəticəsində və s. ilə bağlı olduğunu qeyd edib.

F.Əlizadə həyata keçirilən dövlət nəzarəti və vətəndaş müraciətlərinin araşdırılması zamanı ayrı-ayrı müəssisələrdə 3327 hüquq pozuntusunun aşkar edildiyini nəzərə çatdırıb: "Əmək qanunvericiliyinin daha çox özəl sektora aid müəssisələrdə, ticarət və ictimai iaşə, topdansatış, tikinti sektorlarında pozulduğu müəyyən edilib. Aşkar olunmuş hüquq pozuntuları ilə əlaqədar aidiyyəti işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən tətbiq olunmuş cərimələrin 50,07 faizi (414 697 manat) dövlət büdcəsinə ödənilib. Bu məbləğ ötən ilin müvafiq dövrü ilə müqayisədə 37901 manat və ya 10,05 faiz çoxdur".

Cari ilin ilk rübündə 1758 vətəndaş müraciətinin araşdırıldığını da bildirən F.Əlizadə əlavə edib ki, bu müraciətlər araşdırılarkən vətəndaşların əmək hüquqlarının pozulması ilə bağlı aşkar edilən halların aradan qaldırılması üçün dərhal müvafiq tədbirlər görülüb: "Bu dövrdə Xidmət gecikdirilmiş 103481 manat məbləğində sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib ki, bu məbləğin 75841 manatı (73,2%) əmək haqlarından, 5440 manatı (5,2%) zərərə görə ödənclərdən, 22200 manatı (21,4%) sosial müavinət və kompensasiyalardan ibarət olub. Həmçinin işdən qeyri-qanuni azad olunan 7 nəfərin yenidən öz əvvəlki işinə bərpa olunması təmin edilib".

Ötən ilin ortalarında istifadəyə verilən əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən söz açan F.Əlizadə cari ilin 24 aprel tarixinə olan məlumata əsasən, bu sistemə 2 milyon 156 min əmək müqaviləsi bildirişinin daxil edildiyini bildirib. O həmin bildirişlərin 1,56 milyon ədədinin (72,4 faiz) əmək müqaviləsinin bağlanması, 351 min ədədinin (16,3 faiz) əmək müqaviləsinə dəyişikliyin edilməsi, 243,6 min ədədinin (11,3 faiz) əmək müqaviləsinə xitamın verilməsi ilə bağlı olduğunu nəzərə çatdırıb:

"Hazırda sistemdə aktiv əmək müqaviləsi bildirişlərinin sayı 1257251 ədəddir. Onların 661216 ədədi kişi, 596035 ədədi isə qadın işçilər üzrədir. Yaş qrupları üzrə onlardan 1337 ədədi 15-18 yaş, 506485 ədədi 25-40 yaş, 305021 ədədi 53-65 yaş arasında olan, 24768 ədədi 65 yaşdan yuxarı, 419640 ədədi isə digər yaş qruplarında olan şəxsləri əhatə edir.

F.Əlizadə DƏMX tərəfindən ötən ilin noyabr ayından ölkədə ilk dəfə təşkil olunan əməyin mühafizəsi üzrə tədris kurslarından da söz açıb. O, bildirib ki, indiyədək müxtəlif müəssisələr üzrə artıq 349 nəfər mütəxəssis həmin kurslarda əmək qanunvericiliyinə, o cümlədən əməyin mühafizəsinə dair təlim keçib və müvafiq sertifikatlar alıblar. Bu kurslarda əldə etdikləri bilik və təcrübə onların çalışdıqları müəssisələrdə əməyin mühafizəsinin təşkilinə müsbət təsir göstərir.

Tədbir KİV nümayəndələrinin suallarının cavablandırılması ilə davam edib.

Qaxın turizm marşrutu tullantılardan təmizlənib (FOTO)
Qaxın turizm marşrutu tullantılardan təmizlənib (FOTO)
Qazaxıstan və Azərbaycan səhiyyə turizmi sahəsində əməkdaşlığı gücləndirir
Qazaxıstan və Azərbaycan səhiyyə turizmi sahəsində əməkdaşlığı gücləndirir
AZTA regionlarda beş yeni nümayəndəlik açıb
AZTA regionlarda beş yeni nümayəndəlik açıb
Loading Bars
Xəbər lenti
Özbəkistan portalı Ermənistanın təxribatları ilə əlaqədar materiallar verib
Moskvada koronavirusdan daha 16 nəfər ölüb
Gecə klubunda atışma olub, 11 nəfər ölüb
TRT HABER Ermənistan silahlı qüvvələrinin Azərbaycana hücumları ilə bağlı xüsusi proqram yayımlayıb (FOTO)
Tramp Dağlıq Qarabağdan danışdı: Diqqətlə izləyirik
Türkiyədən Azərbaycana dənli və paxlalı bitki ixracı artıb
Ceyhun Bayramovun estoniyalı həmkarı ilə telefon danışığı olub
Ermənistan canlı itkilərinin sayını gizlədir - Yalnız bir qismi ilə bağlı siyahı yayıb
Müdafiə Nazirliyi: Düşmənin 550 nəfərdən artıq itkisi var, hərbi hospital və mülki xəstəxanalarda yer qıtlığı yaranıb
Ceyhun Bayramovun iranlı həmkarı ilə telefon danışığı olub
Düşmənin daha bir neçə hərbi texnikası məhv edilib (VİDEO)
Ceyhun Bayramovla ABŞ Dövlət katibinin müavini Stiven Biqan arasında telefon danışığı olub
Fəxrəddin Altun: Beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzü qarşısında bir daha susur
Azərbaycanda hərbi vəziyyət bu gündən qüvvədədir
ABŞ Ermənistan və Azərbaycanı Qarabağda dərhal atəşkəsə çağırdı
Diqqət! Düşmən tərəfindən yayılan saxta xəbərlərə İNANMAYIN! (FOTO)
BMT-nin Baş katibi Dağlıq Qarabağ bölgəsində atəşkəsi bərpa etməyə çağırıb
Ermənistan ərazilər itirdiklərini etiraf etməyə başladı
Ombudsman Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhalinin qətlə yetirilməsinə etiraz Bəyanatı yayıb
İtaliyalı senatorlar Ermənistanın Azərbaycana qarşı təxribatını pisləyib
Tərtərdə son vəziyyət: Bir tərtərli belə yaşadığı evi tərk etməyib
XİN Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində həlak olanların adını açıqladı
Rusiyalı deputat: Ermənistan hərbi qüvvələrini işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarmalıdır
"Qarabağ"ın futbolçusu: Doğma kəndimin düşməndən azad edilməsini sözlə ifadə edə bilmirəm
Milli Məclis bəzi şəhər və rayonlarda hərbi vəziyyətin tətbiq edilməsi barədə qərar qəbul edib (ƏLAVƏ OLUNUB-2)
Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah 27.09.2020 tarixli bölüm
Türkiyədə koronavirusdan sağalanların sayı 275 min nəfəri ötüb
Diqqət! Sosial şəbəkələrdə yayılan saxta xəbərlərə İNANMAYIN! (FOTO)
Prezidentin köməkçisi diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri ilə videokonfrans formatında görüş keçirib
Səfərbərlik Xidməti: Hərbi vəziyyət ölkəmizdə səfərbərliyin elan olunması anlamına gəlmir
Müdafiə Nazirliyi: Ermənistan ordusuna məxsus silah-sursat anbarı məhv edilib (VİDEO)
Baş Prokurorluq: Beynəlxalq hüququ pozan Ermənistan hərbçilərinin məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülür
Polkovnik: Azərbaycan ordusu irəliləyir və Ermənistan təşvişdədir
Pakistan XİN: Ermənistan döyüş əməliyyatlarına son qoymalıdır
Mövlud Çavuşoğlu: Ermənistan bu dəfə cavabını döyüş meydanında almaqdadır
Ceyhun Bayramovun Avropa İttifaqının ali nümayəndəsi ilə telefon danışığı olub
Cəbhə bölgəsində qaz təminatı ilə bağlı məsələlər nəzarətdə saxlanılır
Azərbaycan Ermənistana qarşı tribunalın yaradılması üçün beynəlxalq təşkilatlara müraciət edəcək
Ermənilərin təxribatı nəticəsində bir ailənin 5 üzvü həlak olub
FHN: Ermənistan atəşi nəticsində evlərdə və mülki obyektlərdə baş vermiş yanğınlar qısa müddətdə söndürülüb
Milli Məclisin sədr müavini: Qələbə şanlı Ordumuzundur!
Xaricdə yaşayan azərbaycanlılar bəyanat yayıb
Tanınmış erməni saytı çökdürüldü - "Ilham Aliyev: Karabakh is Azerbaijan!" qeydləri yerləşdirildi
Prezident İlham Əliyev Hərbi vəziyyət elan edilməsi haqqında Fərman imzalayıb
"Azİz": Biz Ermənistandan işğalçı siyasəti dayandırmağı, Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyi tələb edirik
Azərbaycan XİN rəhbərinin Toivo Klaarla telefon danışığı olub
Hikmət Hacıyev: Murov zirvəsinin azad olunması Azərbaycan Ordusuna böyük strateji üstünlük verir
Baş Prokurorluq: Mülki əhalidən 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib
Ermənistan itkilərini açıqladı: 16 ölü, 100-dən çox yaralı
Leyla Abdullayeva: Biz beynəlxalq ictimaiyyəti Ermənistan rəsmisinin bu irqçi və şovinist açıqlamasını pisləməyə çağırırıq
Hikmət Hacıyev: Bu qələbəni gətirəcəyik
Anar Eyvazov: Düşmənin çoxlu sayda canlı qüvvəsi və döyüş texnikası məhv edilir
Hikmət Hacıyev: Azərbaycan Silahlı Qüvvələri işğal edilmiş torpaqların azad edilməsi istiqamətində fəaliyyətini davam etdirir
Hikmət Hacıyev: Bu gecədən hərbi vəziyyət elan edilir
Vətənpərvər ruhlu kompozisiyalar - "Paşam hey!", "Atəş"
Müdafiə Nazirliyi: Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub
Ceyhun Bayramovun rusiyalı həmkarı ilə telefon danışığı olub
Düşmən zirehli texnikasını döyüş meydanında ataraq qaçır (VİDEO)
Düşmənin yalan məlumatlar yayan saxta səhifələri - ONLARA İNANMAYIN! (FOTO)
Paşinyan Qarabağdakı ermənilərə müraciət etdi: Ermənistana Qaçın!
Ermənistan ordusunda kəskin qan çatışmazlığı müşahidə edilir
Vaqif Dərgahlı: Müdafiə Nazirliyinin rəsmi saytına müraciətlərin çoxluğu səbəbindən bir sıra texniki problemlər yaşanır
Polşa XİN Ermənistanı və Azərbaycanı Qarabağla bağlı sülh danışıqlarına qayıtmağa çağırdı
Dövlət Baxçalı: Qanımızla, canımızla, varlığımızla Azərbaycanın yanındayıq
Millət vəkili cəbhə bölgəsində mövcud durumla bağlı fikirlərini bölüşüb
Azərbaycan və Türkiyə XİN rəhbərləri arasında telefon dnaışığı olub
NATO Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ilə bağlı narahatlığını bəyan edib
ATƏT-in hazırkı sədri Dağlıq Qarabağ münaqişəsində deeskalasiya ilə bağlı çağırış edib
İran XİN Bakı və Yerevanı dərhal atəşi dayandırmağa və danışıqlara başlamağa çağırdı
Cocuq Mərcanlı kəndinə top mərmisinin atılması nəticəsində elektrik yarımstansiyası sıradan çıxıb
Naqif Həmzəyev: Tezliklə üçrəngli bayrağımız Şuşada dalğalanacaq
Cəbhə xəttində yaşanan hadisələrlə əlaqədar olaraq “Azərişıq” ASC-də Xüsusi Qərargah yaradılıb
Mustafa Şentop və Sahibə Qafarova arasında telefon danışığı olub
Azərbaycan QHT-ləri xalqa müraciət edib
Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan diaspor nümayəndələrinə müraciət edib
Rusiya kütləvi informasiya vasitələri Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətini yayımlayıb (FOTO)
MN: Ağdərə yaşayış məntəqəsində yerləşən erməni qarnizonuna təslim olmaq təklif edilib
Avropa Şurasının Baş katibi Dağlıq Qarabağda gərginliyi dayandırmaq üçün səy göstərməyə çağırıb
Mədəniyyət xadimləri və yaradıcı şəxslər Ermənistanın hərbi təcavüzü ilə bağlı Azərbaycan xalqına müraciət etdi
XİN: Qazaxıstan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılmasına kömək etməyə hazırdır
BQXK tərəfləri mülki şəxsləri fərqləndirməyə çağırır
Almaniya XİN rəhbəri Ermənistan və Azərbaycanı gərginliyi azaltmağa və danışıqlara çağırıb
Zakir Həsənov cəbhədə baş verən düşmən təxribatının detallarından danışıb
Baş Prokurorluq: Mülki əhalidən yaralananların sayı 14-ə çatıb
Prezident İlham Əliyev: Biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik, biz heç kimin torpağına göz dikməmişik
Prezident İlham Əliyev: Mən Ermənistana xəbərdarlıq etmişdim
Prezident İlham Əliyev: Bütün Azərbaycan xalqını təbrik edirəm!
Ermənistan iyrənc ənənəsinə sadiq qalaraq mülki əhalini, yaşayış evlərini hədəfə alıb - Deputat
Əli Əhmədov: Bunlar çoxdan gözlədiyimiz qələbənin ilk müjdələridir
Fransa XİN Dağlıq Qarabağda gərginliklə bağlı bəyanat yayıb
Ermənilərin hədəf aldığı Ağdam rayon sakininin vəziyyəti ağırdır
Səfərbərlik Xidməti: Ölkədə yaşayan azsaylı xalqların məcburi qaydada cəbhə bölgəsinə göndərilməsi yalandır
Prezident İlham Əliyev: Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır
Prezident İlham Əliyev: Bizim məqsədyönlü səylərimiz nəticəsində bu gün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünyada tam geniş təsəvvür var
Azərbaycanın siyasi partiyaları Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat yayıblar
Zakir Həsənovla Hulusi Akar arasında telefon danışığı olub
Prezident İlham Əliyev: Bütün hərbi hissələrimizdə, hərbi birləşmələrimizdə ruh yüksəkliyi var
Ukrayna XİN Dağlıq Qarabağda vəziyyətin kəskinləşməsi ilə bağlı bəyanat yayıb
Müdafiə Nazirliyi düşmən texnikalarının məhv edilmə görüntülərini yaydı
Azərbaycanda 128 nəfər koronavirusa yoluxdu, 132 nəfər sağaldı, 1 nəfər vəfat etdi
Bütün xəbərlər