...

İş yerini dəyişmək və işə qəbul olunmaq istəyən müəllimlər üçün xəbər

Cəmiyyət Materials 4 May 2015 17:57 (UTC +04:00)
Azərbaycanda bu il 1-10 iyun tarixlərində iş yerinin bir rayondan (şəhər) digər rayona (şəhər) dəyişdirilməsi üzrə, 1-15 iyul tarixlərində isə müəllimlərin işə qəbul üzrə elektron ərizələrin qəbulu aparılacaq.
İş yerini dəyişmək və işə qəbul olunmaq istəyən müəllimlər üçün xəbər

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda bu il 1-10 iyun tarixlərində iş yerinin bir rayondan (şəhər) digər rayona (şəhər) dəyişdirilməsi üzrə, 1-15 iyul tarixlərində isə müəllimlərin işə qəbul üzrə elektron ərizələrin qəbulu aparılacaq.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu, təhsil naziri Mikayıl Cabbarovun "Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə" verdiyi yeni əmrdə öz əksini tapıb.

Əmrə əsasən, yerli təhsili idarəetmə orqanları daxil olmuş müraciətlər əsasında 1-10 may tarixlərində ümumtəhsil müəssisə rəhbərlərinin rəylərini nəzərə almaqla müəllimlərin rayon (şəhər) daxili yerdəyişməsini təşkil etməlidirlər.

Yerli təhsili idarəetmə orqanlarının, Təhsil Nazirliyinin tabeliyində olan ümumi təhsil müəssisələrinin və peşə liseylərinin rəhbərləri mayın 15-dək yeni tədris ili üçün vakant yerlər barədə məlumatların elektron proqram təminatına daxil edilməsini, müsabiqə nəticəsində iş yerini dəyişən və işə qəbul olunan müəllimlərlə əmək müqavilələrinin bağlanılmasını təmin etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti