...

Təhsil Nazirliyi tenderin qalibini adını açıqladı

Cəmiyyət Materials 6 May 2015 13:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihəsi çərçivəsində dərsliklərin hazırlanması və qiymətləndirilməsi üzrə təlimlərin keçirilməsi ilə bağlı təşkil etdiyi tenderin qalibinin adını açıqlayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, tenderdə qalib məsləhətçi Xəzər Universiteti olub.

Tenderin nəticəsinə uyğun olaraq, qalıb məsləhətçi ilə 127,487.20 manat dəyərində müqavilə imzalanıb. Müqavilənin müddəti bu il dekabrın 30-da başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti