...

Azərbaycanda kənd təsərrüfatı məhsulları üçün yeni qurğu

Cəmiyyət Materials 11 May 2015 12:00 (UTC +04:00)
Azərbaycanda sterilizasiya qurğusunun ilin sonunadək istismara verilməsi gözlənilir.
Azərbaycanda kənd təsərrüfatı məhsulları üçün yeni qurğu

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanda sterilizasiya qurğusunun ilin sonunadək istismara verilməsi gözlənilir. Bunu Trend-ə "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-dən deyiblər.

Qurğunun istismara verilməsi üçün zəruri olan izotop mənbələrin yaxın vaxtlarda ölkəyə gətirilməsi planlaşdırılır.

Sterilizasiya qurğusu Qobu qəsəbəsində yerləşib. Bu qurğu ilk növbədə aqrar sənaye üçün maraq kəsb edir.

Qurğu mikrobların məhv edilməsi üçün qamma şüalandırma metodunu tətbiq etməyə imkan verəcək ki, bu da kənd təsərrüfatı məhsullarının (taxıl, ət məhsulları, quru meyvələr, kartof və s.), tibbi peraparatların və sairin saxlanma müddətini uzadacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti