...

Bakı Ali Neft Məktəbi Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə birgə magistr hazırlayacaq

Cəmiyyət Materials 18 May 2015 12:32 (UTC +04:00)
Bakı Ali Neft Məktəbi (BANM) Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə birgə magistr hazırlayacaq.
Bakı Ali Neft Məktəbi Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə birgə magistr hazırlayacaq

Azərbaycan, Bakı, 18 may /Trend/

Bakı Ali Neft Məktəbi (BANM) Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə birgə magistr hazırlayacaq.

BANM-dən Trend-ə verilən məlumata görə, Ali Məktəbin rektoru Elmar Qasımov Böyük Britaniyanın Heriot-Vatt Universitetinin Mühəndislik və təbiət elmləri fakültəsinin rəhbəri Stefan Makloxlini qəbul edib. Görüşdə Bakı Ali Neft Məktəbi ilə Herriot-Vatt Universiteti arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. Rektor Elmar Qasımov Bakı Ali Neft Məktəbinin Herriot-Vatt Universiteti ilə əlaqələrinin BANM üçün əhəmiyyət daşıdığını və Böyük Britaniya ali təhsil sisteminin ölkəmizdə tətbiqi üçün imkan yaratdığını deyib.

Öz növbəsində, Böyük Britaniyanın Heriot-Vatt Universitetinin Mühəndislik və təbiət elmləri fakültəsinin rəhbəri Stefan Makloxlin təmsil etdiyi ali təhsil müəssisəsinin BANM ilə əməkdaşlığa maraq göstərdiyini vurğulayıb.

Görüşdə, gələcək əməkdaşlıq perspektivləri muzakirə olunub, tələbələrin göstəriciləri, gələcəkdə birgə magistr proqramlarının həyata keçirilməsi barədə razılığa gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti