...

Azərbaycanda xarici dil keçməyən 1000-ə yaxın şagird kimyadan imtahan verəcək

Cəmiyyət Materials 1 İyun 2015 12:25 (UTC +04:00)
Bu il Azərbaycanda 941 nəfər XI sinif şagirdi oxuduğu məktəbdə xarici dil fənniötədris olunmadığı üçün buraxılış imtahanında kimya fənnindən imtahan verəcək.
Azərbaycanda xarici dil keçməyən 1000-ə yaxın şagird kimyadan imtahan verəcək

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Bu il Azərbaycanda 941 XI sinif şagirdi oxuduğu məktəbdə xarici dil fənni tədris olunmadığı üçün buraxılış imtahanında kimya fənnindən imtahan verəcək.

Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Komissiya sədri deyib ki, bu ildən tam orta (11-illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni), riyaziyyat və xarici dil fənləri üzrə TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. Xarici dil fənni tədris edilməyən təhsil müəssisələrinin şagirdləri buraxılış imtahanını xarici dil fənninin əvəzinə kimya fənnindən verirlər.

M.Abbaszadə qeyd edib ki, bu il 73068 nəfər XI sinif şagirdi xarici dil kimi ingilis dilindən, 1107 nəfər alman dilindən, 2306 nəfər fransız dilindən, 27 nəfər ərəb dilindən, 11039 nəfər rus dilindən imtahan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti