...

Millət vəkili seçicilərinin problemlərinin həllinə yardım edib (FOTO)

Cəmiyyət Materials 4 İyun 2015 16:52 (UTC +04:00)
Bu gün Səbail rayonu 29-cu seçki dairəsindən Milli Məclisin üzvü seçilmiş Fuad Muradov parlamentdə seçiciləri qəbul edib.
Millət vəkili seçicilərinin problemlərinin həllinə yardım edib (FOTO)

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir İlkin İzzət/

Bu gün Səbail rayonu 29-cu seçki dairəsindən Milli Məclisin üzvü seçilmiş Fuad Muradov parlamentdə seçiciləri qəbul edib.

Trend xəbər verir ki, əvvəlcədən müraciət etmiş seçicilərin hər birini ayrı-ayrılıqda qəbul edən millət vəkili onları narahat edən məsələlərlə tanış olub.

Müraciətlər arasında sosial, hüquqi məsələlərlə yanaşı bir sıra məişət, kommunal problemlər də yer alıb. Millət vəkilinə müraciət edən seçicilər onları əsasən məşğulluq, mənzil qeyiyyatı, o cümlədən bir sıra hüquqi məsələlərin narahat etdiyini bildiriblər.

Seçiciləri dinlənildikdən sonra millət vəkili F.Muradov seçicilərin bir sıra məsələlərinin yerindəcə həll edilməsi ilə bağlı yerində müəyyən tədbirlər görülüb, eləcə də ərizələri təyinatı üzrə müvafiq orqanlara ünvanlanması üçün qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti