...

Cəbhə bölgəsindəki yaşayış məntəqələrinin içməli su problemi həll edilir (FOTO)

Cəmiyyət Materials 4 İyun 2015 17:50 (UTC +04:00)
Füzuli rayonunun Yağlıvənd kəndinin içməli su probleminin həlli məqsədilə “Azərsu” ASC-nin həyata keçirdiyi layihənin icrası uğurla başa çatdırılıb.
Cəbhə bölgəsindəki yaşayış məntəqələrinin içməli su problemi həll edilir (FOTO)

Azərbaycan, Bakı, 4 iyun /Trend/

5 iyun - "Su təsərrüfatı və meliorasiya işçiləri günü" peşə bayramı ərəfəsində cəbhə bölgəsində yerləşən Füzuli rayonunun Yağlıvənd kəndinin içməli su probleminin həlli məqsədilə "Azərsu" ASC-nin həyata keçirdiyi layihənin icrası uğurla başa çatdırılıb.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün Yağlıvənd kəndinə içməli suyun verilməsi ilə bağlı keçirilən mərasimdə çıxış edən "Azərsu" ASC-nin "Birləşmiş Sukanal" MMC direktorunun birinci müavini Vəli Həsənov regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq, bölgələrdə, xüsusilə, sərhədyanı kəndlərdə içməli su təchizatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib: "Cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrində əhalinin sosial-iqtisadi problemlərinin həlli ölkə rəhbərliyinin diqqətindədir. Cənab Prezident İlham Əliyev cəbhə bölgəsində və sərhədyanı kəndlərdə su təchizatı infrastrukturlarının yaradılması ilə bağlı ciddi tapşırıqlar verib. Füzuli rayonunun Yağlıvənd kəndinin sakinləri uzun illərdir içməli sudan əziyyət çəkirdi və yay aylarında su çatışmazlığı özünü daha kəskin göstərirdi. Bunları nəzərə alaraq, Yağlıvənd kəndində yeni layihənin icrasına başlanıldı və qısa müddətdə işlər başa çatdırıldı".

Tədbirdə çıxış edən kənd sakinləri içməli su probleminin həllinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Yağlıvənd kəndinin içməli su təchizatının yaxşılaşdırılması layihəsinin icrasına 2014-cü ilin payızında başlanıb. Layihə çərçivəsində 1 ədəd subartezian quyusu qazılıb, 150 mm diametrli polietilen borularla 1,5 km magistral su xətti çəkilib. Kənd daxilində 17 yerdə bulaqlar quraşdırılıb. Layihənin icrasının başa çatması nəticəsində 1650 nəfərin içməli su təchizatı yaxşılaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti