...

Dəmir yolu nəqliyyatında sərnişinlərə xidmət üçün “qaynar xətt” yaradılıb

Cəmiyyət Materials 5 İyun 2015 14:42 (UTC +04:00)
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində (QSC) “qaynar xətt” yaradılıb.
Dəmir yolu nəqliyyatında sərnişinlərə xidmət üçün “qaynar xətt” yaradılıb

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir İlkin İzzət/

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində (QSC) "qaynar xətt" xidməti yaradılıb.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələrin gücləndirilməsi, dəmir yolu nəqliyyatında sərnişinlərə və digər hüquqi şəxslərə göstərilən xidmətin səviyyəsinin müasir standartlara çatdırılması məqsədilə daxil olan müraciət və sorğuların qəbulu, operativ cavablandırılması üçün "qaynar xətt" xidməti yaradılıb.

"Qaynar xətti" xidmətinin nömrəsi 1822-dir.

Yığım qaydası aşağıdakı kimidir:

Bakı şəhərinin sabit telefon şəbəkəsi abunəçiləri və mobil telefon abunəçiləri üçün "1822", bölgədəki sabit telefon şəbəkəsi abunəçiləri üçün isə "012 1822" yığılmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti