...

Bu gün gecəyədək bu yollardan keçməyin

Cəmiyyət Materials 6 İyun 2015 14:30 (UTC +04:00)
Bakı 2015 birinci Avropa Oyunlarına sınaq tədbirinin keçirilməsi ilə əlaqədar bəzi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bu gün gecəyədək bu yollardan keçməyin

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir İlkin İzzət/

Bakı 2015 birinci Avropa Oyunlarına sınaq tədbirinin keçirilməsi ilə əlaqədar bəzi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polis İdarəsindən Trend-ə bildiriblər ki, Bakıda keçiriləcək ilk Avropa Oyunlarına sınaq tədbirinin keçirilməsi ilə əlaqədar iyunun 6-da saat 16:00-dan növbəti gün gecə saat 02:00-dək paytaxtın Heydər Əliyev prospektinin Babək qovşağından Sabunçu körpüsünədək və Mehdi Hüseyn küçəsinin Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməsinədək olan hissələrində ümumi nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti