...

TQDK son buraxılış imtahanında şagirdlərin bilik səviyyəsini açıqladı

Cəmiyyət Materials 8 İyun 2015 17:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

İyunun 6-da buraxılış imtahanında iştirak etmiş 9-cu sinif şagirdlərinin 21,65 faizi, 11-ci sinif şagirdlərinin isə 20,92 faizi ana dili fənnindən "2" qiyməti alıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, buraxılış imtahanında iştirak etmiş 9-cu sinif şagirdlərinin 6229 nəfəri (21,65 faizi) ana dili fənni üzrə, 7746 nəfəri (26,74 faizi) riyaziyyat fənni üzrə "2" qiyməti alıb. Şagirdlərin 12 933 nəfəri (44,96 faizi) ana dili, 11 475 nəfəri isə riyaziyyat (39,61 faizi) riyaziyyat fənnindən "3" qiyməti alıblar. Məzunların 57 82 nəfəri (20,10 faizi) ana dilindən, 6052-si (2089 faizi) riyaziyyat fənnindən "4", 3821 nəfər (1328 faizi) ana dilindən, 3697 nəfər (12,76 faizi) isə riyaziyyat fənjindən "5" qiyməti alıb.

Qeyd edək ki, tədrisi ingilis, gürcü dillərində olan orta məktəblərdə ana dili fənni üzrə yekun qiymətləndirmə orta ümumtəhsil müəssisəsi tərəfindən aparılır.

Buraxılış imtahanında iştirak edən 11-ci sinif şagirdlərinin 5075 nəfəri (20,92 faizi) ana dili fənni üzrə, 5373 nəfəri (22,03 faizi) riyaziyyat, 4695 nəfəri (19,45 faizi) xarici dil, 56 nəfəri (22,49 faizi) isə kimya fənni üzrə "2" qiyməti alıb.

İmtahanda iştirak edənlərin 8878 nəfəri (36,60 faizi) ana dili fənni üzrə, 8569 nəfəri (35,13 faizi) riyaziyyat, 10 480 nəfəri (43,41 faizi) xarici dil, 148 nəfəri (59,44 faizi) isə kimya fənni üzrə "3" qiyməti alıb.

Məzunların 5942 nəfəri (24,50 faizi) ana dili fənni üzrə, 6868 nəfəri (28,16 faizi) riyaziyyat, 5236 nəfəri (21,69 faizi) xarici dil, 31 nəfəri (12,45 faizi) kimya fənni üzrə "4" qiyməti alıb.

İmtahan verən XI sinif şagirdlərinin 4361 nəfəri (17,98 faizi) ana dili fənni üzrə, 3583 nəfəri (14,69 faizi) riyaziyyat, 3733 nəfəri (15,46 faizi) xarici dil fənni, 14 nəfəri (5,62 faizi) isə kimya fənni üzrə "5" qiyməti alıb.

Xatırladaq ki, iyunun 6-da Sumqayıt, Abşeron, Mingəçevir, Gəncə, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Naftalan, Goranboy, Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax və Oğuz şəhərlərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti