...

Azərbaycanın 20-dən çox rayonunun buraxılış sinif şagirdlərinin bilik səviyyəsi açıqlandı

Cəmiyyət Materials 16 İyun 2015 15:11 (UTC +04:00)
İyunun 11-də buraxılış imtahanında iştirak etmiş 9-cu sinif şagirdlərinin 26,84 faizi, 11-ci sinif şagirdlərinin isə 22,14 faizi ana dili fənnindən "2" qiyməti alıb.
Azərbaycanın 20-dən çox rayonunun buraxılış sinif şagirdlərinin bilik səviyyəsi açıqlandı

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

İyunun 11-də buraxılış imtahanında iştirak etmiş 9-cu sinif şagirdlərinin 26,84 faizi, 11-ci sinif şagirdlərinin isə 22,14 faizi ana dili fənnindən "2" qiyməti alıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, buraxılış imtahanında iştirak etmiş 24 827 nəfər 9-cu sinif şagirdinin 6664 nəfəri (26.84 faizi) ana dili fənni üzrə, 7913 nəfəri (31.87 faizi) isə riyaziyyat fənni üzrə "2" qiyməti alıb.

Şagirdlərin 12 537 nəfəri (50.50 faizi) ana dili, 9795 nəfəri isə (39.45 faizi) riyaziyyat fənnindən "3" qiyməti alıb.

Məzunların 3908 nəfəri (15.74 faizi) ana dilindən, 4204 nəfəri (16.93 faizi) riyaziyyat fənnindən "4", 1718 nəfər (6.92 faizi) ana dilindən, 2915 nəfər (11.74 faizi) isə riyaziyyat fənindən "5" qiyməti alıb.

İmtahanda iştirakı nəzərdə tutulan 25 224 nəfər IX sinif şagirdinin 397 nəfəri imtahana gəlməyib. TQDK-nın internet saytında 24 827 şagirdin imtahan nəticələri yerləşdirilib. İştirakçılardan 7 nəfəri maksimum nəticə göstərərək 60 bal toplayıb.

Buraxılış imtahanında iştirak edən 11-ci sinif şagirdlərinin 4520 nəfəri (22.14 faizi) ana dili fənni üzrə, 5485 nəfəri (26.87 faizi) riyaziyyat, 4814 nəfəri (24.07 faizi) xarici dil, 65 nəfəri (15.66 faizi) isə kimya fənni üzrə "2" qiyməti alıb.

İmtahanda iştirak edənlərin 8157 nəfəri (39.96 faizi) ana dili fənni üzrə, 7375 nəfəri (36.13 faizi) riyaziyyat, 9409 nəfəri (47.05 faizi) xarici dil, 238 nəfəri (57.35 faizi) isə kimya fənni üzrə "3" qiyməti alıb.

Məzunların 4400 nəfəri ( 21.55 faizi) ana dili fənni üzrə, 4578 nəfəri (22.43 faizi) riyaziyyat, 3624 nəfəri (18.12 faizi) xarici dil, 79 nəfəri (19.04 faizi) isə kimya fənni üzrə "4" qiyməti alıb.

İmtahan verən XI sinif şagirdlərinin 3336 nəfəri (16.34 faizi) ana dili fənni üzrə, 2975 nəfəri (14.57) riyaziyyat, 2151 nəfəri (10.76 faizi) xarici dil fənni, 33 nəfəri (7,95 faizi) isə kimya fənni üzrə "5" qiyməti alıb.

İmtahanda iştirakı nəzərdə tutulan 20 865 nəfər XI sinif şagirdinin 449 nəfəri imtahana gəlməyib, 3 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub. TQDK-nın internet saytında 20 413 şagirdin imtahan nəticələri yerləşdirilib. İştirakçılardan 39 nəfəri maksimum nəticə göstərərək 90 bal toplayıb.

Xatırladaq ki, buraxılış imtahanları iyunun 11-də Naxçıvan, Qobustan, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı və Siyəzəndə, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində mərkəzləşdirilmiş qaydada aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti