...

Bu il Azərbaycanda 24 min nəfər evləndi

Cəmiyyət Materials 17 İyun 2015 14:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda rəsmi orqanlar tərəfindən 24,3 min nikah qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bu ilin müvafiq dövrü ərzində ölkədə rəsmi orqanlar tərəfindən 4,2 min boşanma halı baş verib.

Bu il əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 7,8, boşanmaların sayı isə 1,4 olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti