...

Bilik Fondu Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib (FOTO)

Cəmiyyət Materials 18 İyun 2015 13:38 (UTC +04:00)
Masallıda Qurtuluş Günü münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu iqtisad elmləri doktoru, sosioloq Əhməd Qəşəmoğlunun mühazirəsi təşkil edib.
Bilik Fondu Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib (FOTO)

Azərbaycan, Bakı, 18 iyun /Trend/

Masallıda Qurtuluş Günü münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu iqtisad elmləri doktoru, sosioloq Əhməd Qəşəmoğlunun mühazirəsi təşkil edib.

Bilik Fondunun İnformasiya Təminatı sektorundan Trend-ə verilən məlumata görə, Heydər Əliyev Mərkəzində "Azərbaycançılıq fəlsəfəsinin mahiyyəti, əsas komponentləri" mövzusunda keçirilən mühazirədə rayon ictimaiyyətininin nümayəndələri, məktəblilər və gənclər iştirak ediblər.

Əvvəlcə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Qurtuluş Gününün tarixi və əhəmiyyəti barədə ətraflı məlumat verib, tədbir iştirakçılarını bu gün münasibəti ilə təbrik edib. O bildirib ki, Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ölkəmizdə Milli Qurtuluş günü kimi qeyd edilir və bu, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür.

Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtmasını xalqımızın çoxəsrlik tarixində önəmli siyasi hadisə kimi dəyərləndirən Ə.Qəşəmoğlu Azərbaycançılıq fəlsəfəsinin böyük öndərin dühasının məhsulu olduğunu deyib. Bu fəlsəfənin onun yüksək intellekti və böyük idarəçilik qabiliyyəti, praktik təcrübəsi əsasında yarandığını vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycançılıq məfkurəsi müasir gərgin beynəlxalq şəraitdə, Azərbaycanın uğurlu inkişaf yolunu müəyyənləşdirən bir fəlsəfədir. Məhz bu fəlsəfə əsasında davam edən inkişaf yolu ölkəmizdə etnik, dini problemlərin qarşısını alıb, iqtisadi, siyasi, hərbi qüdrətimizi artırıb, vətənimizin beynəlxalq aləmdə nüfuzunun xeyli yüksəlməsinə şərait yaradıb. Natiq hər bir azərbaycanlının dövlətçilik maraqlarına xidmət etməyə borclu olduğunu da bildirib.

Sonra mühazirəçi iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti