...

3 müəssisədə aparılan auditdə qanun pozuntuları aşkar olunub

Cəmiyyət Materials 29 İyun 2015 09:39 (UTC +04:00)
Masallı, Salyan Aqroservis filiallarında və Güzdək qoyunçuluq təsərrüfatında aparılan audit zamanı aşkar olunan qanun pozuntuları barədə materiallar Baş Prokurorluğa göndəriləcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumatda bildirilir.
3 müəssisədə aparılan auditdə qanun pozuntuları aşkar olunub

Azərbaycan, Bakı, 29 iyun /Trend/

Masallı, Salyan Aqroservis filiallarında və Güzdək qoyunçuluq təsərrüfatında aparılan auditlər zamanı aşkar olunan qanun pozuntuları barədə materiallar Baş Prokurorluğa göndəriləcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumatda bildirilir.

Məklumatda qeyd olunur ki, Kənd Təsərrüfatı Nazirliyinin müvafiq əmrlərinə əsasən "Aqrolizinq" ASC-nin Masallı rayon Aqroservis filialının, "Aqrolizinq" ASC-nin Salyan rayon Aqroservis filialının və Abşeron rayon Güzdək qoyunçuluq üzrə Damazlıq Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi Məhdud Məsuliyyətli Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinin auditi aparılıb.

Audit yoxlaması zamanı bir sıra nöqsan və çatışmamazlıqlara, habelə qanun pozuntularına yol verildiyi aşkar olunub.

Auditin nəticələri ilə bağlı materiallar Baş Prokurorluğa göndərilməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti