...

Bakıda iyulun 2-i gündüzə kimi hava küləkli olacaq

Cəmiyyət Materials 30 İyun 2015 12:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Bakıda iyulun 2-ü gündüzə kimi küləkli hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildirilib ki, iyulun 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Belə küləkli hava şəraiti iyulun 2-i gündüzə kimi davam edəcək.

Paytaxtda havanın temperaturu gecə 22-25, gündüz 28-33 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 1-də hava əsasən yağmursuz olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 35-40 dərəcə isti olacaq. Dağlarda havanın temperaturu gecə 14-19, gündüz 25-30 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti