...

Şüvəlanda çimmək üçün təhlükəli olan ərazinin girişinə qadağa qoyuldu

Cəmiyyət Materials 8 İyul 2015 13:20 (UTC +04:00)
Şüvəlan qəsəbəsində bədbəxt hadisələrin qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) mühafizə postu yaradılıb.
Şüvəlanda çimmək üçün təhlükəli olan ərazinin girişinə qadağa qoyuldu

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir İlkin İzzət/

Şüvəlan qəsəbəsində bədbəxt hadisələrin qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) mühafizə postu yaradılıb.

Trend FHN-nin saytına istinadən xəbər verir ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dəniz sahilində çimmək üçün qadağan olunmuş ərazidə bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə FHN tərəfindən mühafizə postu yaradılıb.

Mühafizəçilər adıçəkilən ərazidə çimməyin təhlükəli olması barədə vətəndaşları məlumatlandırıb və göstərilən əraziyə daxil olmalarının qarşısını alıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti