...

Səhiyyə Nazirliyi 6 özəl klinikanın fəaliyyətini dayandırıb

Cəmiyyət Materials 8 İyul 2015 14:59 (UTC +04:00)
Səhiyyə Nazirliyi 6 özəl klinikanın fəaliyyətini dayandırıb.
Səhiyyə Nazirliyi 6 özəl klinikanın fəaliyyətini  dayandırıb

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Səhiyyə Nazirliyi 6 özəl klinikanın fəaliyyətini dayandırıb.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlik tərəfindən dövlət tibb müəssisələrində olduğu kimi, özəl tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində də mütəmadi yoxlama tədbirləri həyata keçirir. Məlumatda bildirilir ki, özəl tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması və qanunsuz tibbi xidmətlərin göstərilməsinin vaxtında qarşısının alınması istiqamətində keçirilən yoxlamalar zamanı bəzi özəl tibb müəssisələrində qanun pozuntuları aşkar olunub və bir sıra sahibkarlıq subyektləri barəsində inzibati-məcburedici tədbirlər görülüb.

Belə ki, 2015-ci ilin birinci yarım illiyində aparılmış yoxlamalar nəticəsində altı özəl tibb müəssisəsinin ("VİP Dental" MMC, "Loğman Klinikası" MMC, "İnvitro" MMC, "Starmed" MMC, "Faiq-96" Müəssisəsi, "Nihat Klinikası" MMC) fəaliyyəti (müəyyən olunmuş tarixədək) dayandırılıb.

Üç özəl tibb müəssisəsinə ("Zaman Tibb Mərkəzi" MMC, "Assmed" MMC, "Medservis" Özəl Tibb Mərkəzi) verilmiş xüsusi razılığın (lisenziyanın) əlavəsindən stasionar xidmət tam çıxarılaraq yalnız poliklinik xidmət saxlanılıb.

Lisenziya olmadan və ya lisenziyadan kənar fəaliyyət göstərdiklərinə görə 28 özəl tibb müəssisələri və tibbi xidmət göstərən fiziki şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 64.1-ci və 65-3.1-ci maddələrinə uyğun olaraq cərimə tətbiq edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti