...

Azərbaycanın Xarkovdakı fəxri konsulu siyasi elmlər namizədi oldu (FOTO)

Cəmiyyət Materials 8 İyul 2015 23:00 (UTC +04:00)
"Azərbaycanın qlobal sosial, iqtisadi inkişaf strategiyası milli dövlətçilik prinsiplərinə hesablanmış elmi əsaslar üzərində qurulub".
Azərbaycanın Xarkovdakı fəxri konsulu siyasi elmlər namizədi oldu (FOTO)

Azərbaycan, Bakı, 8 iyul /Trend/

"Azərbaycanın qlobal sosial, iqtisadi inkişaf strategiyası milli dövlətçilik prinsiplərinə hesablanmış elmi əsaslar üzərində qurulub". Trend-in məlumatına görə, bunu Ukrayna Milli Elmlər Akademiyasının Dövlət və Hüquq İnsitutunda siyasi elmlər namizədliyi üzrə dissertasiya müdafiə edərkən Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov bildirib.

Ə.Salmanov Ukrayna MEA-nın V.M.Koretski adına Dövlət və Hüquq İnsititunda "Postsovet məkanında Azərbaycan və Ukraynanın xarici syasət prioritetlərinin müqayisəli təhlili" mövzusunda dissertasiya müdafiə edərək siyasi elmlər namizədi elmi dərəcəsinə layiq görülüb. Ukraynanın və Azərbaycanın bir sıra elmi jurnallarında Azərbaycan və Ukraynanın dövlət qruculuğu strategiyasında yürütdükləri xarici siyasət kursuna dair silsilə elmi məqalələrlə çıxış edən Ə.Salmanov beynəlxalq arenada strateji müttəfiqlər kimi tanınan ölkələrimizin xarici siyasətdə əldə etdikləri prioritetləri tarixi faktlara əsaslanaraq elmi müqayisələrlə təhlil edib. O, Ukrayna MEA-nın 20-yə yaxın alim və aparıcı mütəxəssislərinin iştirak etdiyi müdafiə prosesində müstəqil Azərbaycan dövlətinin inkişaf edərək bölgədə lider, beynəlxalq arenada böyük nüfuz sahibinə çevrilməsini Ümummili Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsi kimi səciyyələndirib.

Elmi dissertasiyasında ölkəmizin ötən 15 ildə əldə etdiyi yüksək nailiyyətləri statistik rəqəmlərlə təhlil edən Ə.Salmanov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən təsdiq edilmiş "Azərbaycan 2020 : gələcəyə baxış inkişaf konsepsiyasının" bölgədə baş verən qlobal geosiyasi proseslərin gələcək inkişaf dinamikasına hesablandığını diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycanın strateji prioriteti yaxın gələcəkdə dövlətin yüksək gəlirli dövlətlər qrupuna daxil olmasını təmin etməkdir.

Bunun qafqaz iqtisadiyyatının artıq 80 faizini təşkil edən bir ölkə üçün tamamilə başa düşülən və real bir hədəf olduğunu vurğulayan dissertant Azərbaycanın qlobal sosial, iqtisadi inkişaf strategiyasının milli dövlətçilik prinsiplərinə hesablanmış elmi əsaslar üzərində qurulduğunu nəzərə çatdırıb.

Maraqlı fikir mübadiləsi ilə sona çatan müdafiə prosesində Ə.Salmanovun elmi rəhbəri, tanınmış diplomat, siyasi elmlər doktoru, Dmitri Tkaç çıxış edib. D.Tkaç seçilmiş tədqiqat mövzusunun aktuallığını nəzərə alaraq, elmi işin yüksək səviyyədə hazırlandığını vurğulayıb və elmi araşdırmasını mükəmməl müdafiə edən Ə.Salmanovu siyasi elmlər namizədi adını qazanması münasibəti ilə təbrik edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti