...

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Xudatda rayon sakinlərini qəbul edib (FOTO)

Cəmiyyət Materials 10 İyul 2015 11:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul /Trend/

İyulun 9-da Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Xudat şəhə­rində Quba, Qusar, Xaçmaz və Şabran rayon sakinlərini qəbul edib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, qəbul zamanı vətəndaşların Dövlət Sərhəd Xidmətində xidmətə qəbul, sosial müavinətlərin verilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, sərhəd­ya­nı yaşayış məntəqələrində mövcud olan sosial-məişət problemlərin həlli və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.

Qaldırılan məsələlər Dövlət Sərhəd Xid­mətinin aidiyyəti struktur qurum­­la­rı­nın rəhbərlərinin iştirakı ilə araşdırılmış və konkret tapşırıqlar veril­ib. Əksər məsələlər yerindəcə həllini tapıb.

Dövlət Sərhəd Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və baxıl­ma­sı­nın təşkili üçün nəzarətə götürülüb.

Qəbula gələn vətəndaşlar regionlarda görüşlərin keçirilməsini, onların təklif, şikayət və rəylərinin öyrənilməsini, qanuni tələblərin yerinə yetiril­mə­sini yüksək qiymətləndirərək mərkəzi icra hakimiyyəti orqanları rəhbər­lərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşki­lin­dən razılıqlarını bildirib, yaradılan şəraitə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti