...

Təyyarə qəzası ilə bağlı rəsmi açıqlama

Cəmiyyət Materials 15 İyul 2015 13:43 (UTC +04:00)
Silk Way aviaşirkətinə aid olan 4K-SW888 Bort nömrəli təyyarənin sınaq uçuşu zamanı 3 nömrəli mühərrikində pompaj hadisəsinin baş verməsi 3 nömrəli mühərriyin yararsız olması ilə bağlıdır. Bu barədə Trend-ə AZAL-dan verilən məlumatda bildirilir.
Təyyarə qəzası ilə bağlı rəsmi açıqlama

Azərbaycan, Bakı, 15 iyul /Trend/

Silk Way aviaşirkətinə aid olan 4K-SW888 Bort nömrəli təyyarənin sınaq uçuşu zamanı 3 nömrəli mühərrikində pompaj hadisəsinin baş verməsi 3 nömrəli mühərriyin yararsız olması ilə bağlıdır. Bu barədə Trend-ə Silk Way aviaşirkətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, Silk Way aviaşirkətinə aid olan 4K-SW888 Bort nömrəli təyyarə HAECO şirkətində D Check'tən keçib. D Check qurtardıqdan sonra normal prosedur kimi sınaq uçuşu planlaşdırılıb, ancaq baş verən hava hadisələri ilə əlaqədar bu uçuşun həyata keçirilməsi yubanıb.

Bildirilir ki, iyulun 14-də yerli vaxtla saat 06.00-da (22.00 UTC) təyyarənin sınaq uçuşu üçün uçuş hazırlığı verilib və təyyarə havaya qalxıb: "Təyyarə havaya qalxdıqdan sonra təqribən 500 feet (170 metr) hündürlükdə olarkən, 3 nömrəli mühərrikdə pompaj hadisəsi baş verib və təyyarənin kapitanı sınaq uçuşunu ləğv edərək dərhal həmin aeroporta geri qayıdıb. Təyyarə uğurla yerə endikdən sonra keçirilən texniki baxışda, 3 nömrəli mühərriyin işə yararsız olduğu aşkar olunub".

Məlumatda sonra qeyd olunur ki, Silk Way aviaşirkəti, dərhal ehtiyat mühərriyini HAECO şirkətinə göndərib: "Təyyarədən sökülən mühərrik, Silk Way aviaşirkətinin mühərrikin istehsalçısı olan Rolls Royce şirkəti ilə bağladığı Total Care anlaşmasına uyğun olarak Roll Royce şirkətinin zavodlarında təmir olunacaq. Aşkar olunan nasazlıq və havada baş verən hadisənin səbəbi keçiriləcək baxışdan sonra aydınlaşacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti