...

Bu il həbsxanadan qaçan olmayıb

Cəmiyyət Materials 15 İyul 2015 16:23
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tabe qurumlarında 2015-ci ilin birinci yarısının yekunlarına həsr edilmiş müşavirələrin keçirilməsi davam etdirilir.
Bu il həbsxanadan qaçan olmayıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 15 iyul /Trend/

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tabe qurumlarında 2015-ci ilin birinci yarısının yekunlarına həsr edilmiş müşavirələrin keçirilməsi davam etdirilir.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, 15 iyul 2015-ci il tarixdə Penitensiar Xidmətin Mühafizə alayının 2015-ci ilin birinci yarısı ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib. Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Nizaməddin Cəlilovun sədrliyi ilə keçən müşavirədə Mühafizə alayının və Penitensiar Xidmətin Baş İdarəsinin məsul əməkdaşları iştirak ediblər.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə alayının komandiri, ədliyyə polkovniki Mehman Məmmədovun Mühafizə alayının 2015-ci ilin birinci yarısı ərzindəki fəaliyyətinin yekunları və qarşıda duran vəzifələr barədə hesabatla çıxış edib. Qeyd olunub ki, hesabat dövrü ərzində cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının etibarlı mühafizəsi təmin edilib, həbs olunmuş şəxslərin və məhkumların azadlıqdan məhrumetmə yerlərindən qaçması hallarına yol verilməyib. Eyni zamanda, alaya gələn gənc əsgərlərin qəbulu, onlara vətənpərvərlik ruhunun aşılanması, tədris toplanışlarının və məşğələlərin yüksək səviyyədə keçirilməsi təmin olunub. Müşavirədə bəzi bölük komandirlərinin və alayın məsul əməkdaşlarının çıxışları dinlənilib.

Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru N.Cəlilov çıxış edərək 2015-ci ilin birinci yarısı ərzində Mühafizə alayının qarşısında duran vəzifələrin lazımi səviyyədə həyata keçirildiyini qeyd edib, xidməti intizamın möhkəmləndirilməsi, döyüş xidməti nizamnaməsinin tələblərinə ciddi əməl olunması, həqiqi hərbi xidmət keçən əsgərlərə diqqət və qayğının artırılmasına dair tapşırıq və tövsiyələrini verib.

Mühafizə alayının 2015-ci ilin birinci yarısı ərzindəki xidməti və döyüş fəaliyyəti nöqsan və çatışmazlıqlar nəzərə alınmaqla qənaətbəxş hesab edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti