...

Səyyar ASAN xidmət Şəki, Salyan, Yardımlı rayonlarında xidmətə başladı

Cəmiyyət Materials 22 İyul 2015 13:14 (UTC +04:00)
Səyyar ASAN xidmət Şəki, Salyan və Yardımlı rayonlarında xidmətə başlayıb.
Səyyar ASAN xidmət Şəki, Salyan, Yardımlı rayonlarında xidmətə başladı

Azərbaycan, Bakı, 22 iyul /Trend/

Səyyar ASAN xidmət Şəki, Salyan və Yardımlı rayonlarında xidmətə başlayıb.

ASAN-dan Trend-ə verilən məlumata görə, 22 iyul - 5 avqust tarixlərində Səyyar ASAN xidmət Şəki şəhərində Şəki və Oğuz, Salyan şəhərində Salyan və Şirvan, Yardımlı rayonunda isə Yardımlı və Masallı sakinlərinə səyyar formada xidmət göstərəcək.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

Notariat fəaliyyəti;
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
Əmək pensiyalarının təyin edilməsi;
Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti