...

Cəlilabad meşəbəyliyində yanğın başlayıb

Cəmiyyət Materials 30 İyul 2015 15:04
Cəlilabad meşəbəyliyinin 8 saylı dolayında yanğın başlayıb.
Cəlilabad meşəbəyliyində yanğın başlayıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Cəlilabad meşəbəyliyinin 8 saylı dolayında yanğın başlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Trend-ə bildirib ki, saat 14.00-dan başlayan yanğının qarşısının alınması üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin yerli qurumlarının əməkdaşları cəlb olunub.

Hazırda ərazidə yanğının söndürülməsi üçün işlər aparılır.

İlkin ehtimala görə, yanğının baş verməsinə səbəb avtomobildən atılan siqaret kötüyü olub. Yanğının baş verdiyi sahə dağlıq ərazidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti