...

Bakıda texniki baxışa görə bir gündə 31 sürücü cərimələndi

Cəmiyyət Materials 6 Avqust 2015 18:03 (UTC +04:00)
Bakıda ötən gün avtomobilini vaxtında texniki baxışdan keçirməyən 31 sürücü cərimələnib.
Bakıda texniki baxışa görə bir gündə 31 sürücü cərimələndi

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir Elmir Murad/

Bakıda ötən gün avtomobilini vaxtında texniki baxışdan keçirməyən 31 sürücü cərimələnib. Bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Bu istqamətdə reydlərin davam etdirildiyini deyən V.Əsədov qeyd edib ki, avtobus və yük avtomobillərindən başqa bütün avtomobillərin qanunvericilikdə tələb edilən texniki baxışdan keçmə müddəti başa çatıb: "Texniki baxışdan keçməyən avtomobillər əməkdaşlarımız tərəfindən aşkar edilirsə yerindəcə onlara qarşı inzibati qaydada protokol tərtib edilir. Qeyd edim ki, həm fiziki, həm də hüquqi şəxslər məsuliyyətə cəlb olunur. Hər bir sürücünün təhlükəsizliyi üçün avtomobilinin texniki cəhətdən saz olması əsas şərtdir".

Qeyd edək ki, texniki baxışdan keçməməyə görə inzibati cərimə fiziki şəxslər üçün 50 manat, vəzifəli şəxslər üçün 100 manat, hüquqi şəxslər üçün isə 300 manatdır.

Əgər sürücü cərimələnibsə, o, 10 gün ərzində avtomobilini texniki baxışdan keçirməlidir və bu müddət ərzində onu təkrar cərimələyə bilməzlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti