...

Bakıda hava sabah da sərin olacaq

Cəmiyyət Materials 8 Avqust 2015 12:44 (UTC +04:00)
Avqustun 9-da Bakıda havanın maksimal temperaturu 34 dərəcə isti olacaq, şimal küləyi arabır güclənəcək.
Bakıda hava sabah da sərin olacaq

Azərbaycan, Bakı, 8 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

Avqustun 9-da Bakıda havanın maksimal temperaturu 34 dərəcə isti olacaq, şimal küləyi arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağma ehtimalı var. Mülayim şimal küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 23-26, gündüz 29-34 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 9-da əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 15-20, gündüz 23-28 dəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti