...

Baykerlərimiz növbəti motoyürüşə start verdilər (FOTO)

Cəmiyyət Materials 15 Avqust 2015 15:19 (UTC +04:00)
“Baku HOG Azerbaijan” klubunun təşkilatçılığı və ANS Şirkətlər Qrupunun dəstəyi ilə azərbaycanlı baykerlərin “Böyük Yolun Yolçuları” adı altında növbəti motoyürüşü başlayıb.
Baykerlərimiz növbəti motoyürüşə start verdilər (FOTO)

Azərbaycan, Bakı, 15 avqust /Trend/

"Baku HOG Azerbaijan" klubunun təşkilatçılığı və ANS Şirkətlər Qrupunun dəstəyi ilə azərbaycanlı baykerlərin "Böyük Yolun Yolçuları" adı altında növbəti motoyürüşü başlayıb. Trend-in məlumatına görə, "Böyük Yolun Yolçuları" adı altında keçirilən yürüş zamanı baykerlər 1500 km yol qət edəcəklər.

ANS Şirkətlər Qrupunun prezidenti və "Baku HOG Azerbaijan"ın Baş direktoru Vahid Mustafayevin rəhbərliyi ilə Bakı-Tbilisi marşrutu üzrə yürüş edən baykerlərin əsas məqsədi 2016-cı ildə istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmiryolunun tanıtmaqdır.

Azərbaycanlı baykerlər Tbilisi istiqamətində "2016-ci ildən Azərbaycan xalqı bu yol vasitəsi ilə Avropaya, avropalılar isə Azərbaycana gəlib-getmək üçün yararlana biləcəklər".

V.Mustafayev baykerlərin bütün marşrutu 2 günə qət etməyə planlaşdırdığını açıqlayıb. Tbilisidə isə baykerlərimizin yürüşünə gürcü motosikletçilərin qatılacağı gözlənilir.

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin təməli 2007-ci ildə Gürcüstanın Marabkəndində qoyulub. Dəmiryolu vasitəsilə Azərbaycan beynəlхalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edəcək. Dəmiryolu ilə bir günə Qarsa, İstanbula isə iki gün yarıma getmək mümkün olacaq. Bakı-Tbilisi-Qars dəmiryolu Bakı-Tbilisi-Ceyhan boru xəttindən sonra Azərbaycanın iqtisadiyyatını daha da inkişaf etdirəcək.

Bakı-Tbilisi-Qars dəmir yolu

Daha əvvəl "Baku HOG Azerbaijan" üzvləri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə böyük yürüş keçiriblər. Yürüş "Heydər Əliyev yolu ilə" şüarı altında baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti