...

Mübariz Qurbanlı Daşkəsəndə vətəndaşları qəbul edəcək

Cəmiyyət Materials 20 Avqust 2015 17:11 (UTC +04:00)
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Daşkəsəndə vətəndaşları qəbul edəcək .
Mübariz Qurbanlı Daşkəsəndə vətəndaşları qəbul edəcək

Azərbaycan, Bakı, 20 avqust /Trend/

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Daşkəsəndə vətəndaşları qəbul edəcək.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) Trend-ə verilən məlumata görə, avqustun 25-də DQİDK sədri Mübariz Qurbanlı Daşkəsən rayonunda Gəncə şəhər, Samux, Göygöl, Daşkəsən, Kəlbəcər və Xocalı rayon sakinlərini qəbul edəcək.

Qəbul saat 10:00-da Daşkəsən rayon dövlət arxivinin binasında (ünvan: Daşkəsən şəhəri, Heydər Əliyev meydanı,1) keçiriləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

DQİDK-nın bölgə şöbə müdiri: Asif Əliyev
Mob: (055) 851-89-87
e-mail:[email protected]
www.scwra.gov.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti