...

Azərbaycan sinoptikləri hansı hava şəraitini vəd edirlər?

Cəmiyyət Materials 28 Avqust 2015 12:49 (UTC +04:00)
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz olacağı gözlənilir.
Azərbaycan sinoptikləri hansı hava şəraitini vəd edirlər?

Azərbaycan, Bakı, 28 aprel /Trend/

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gündüz cənub şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-22 dərəcə, gündüz 25-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə havanın əsasən yağmursuz, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Havanın temperaturu gecə 16-21, gündüz 26-31 dərəcə isti olacaq. Dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti