Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir İlkin İzzət/
Yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə mövcud və rəngi solmuş piyada zolaqlarının yenidən rənglənməsi işlərinə start verib.
"Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, rənglənmə işləri əsasən təhsil müəssisələrinin qarşısında və ətrafında olan yollarda həyata keçirilir.
Rənglənmə işləri ilə paralel olaraq, vacib olan yerlərdə yeni piyada zolaqlarının çəkilişi işləri də aparılır. Hazırda paytaxtın bir neçə ünvanında bu işlər həyata keçirilir. İşlər yeni tədris ilinin başlamasına qədər yekunlaşdırılacaq. Bundan sonra digər ərazilərdə də anoloji işlərin aparılması nəzərdə tutulub.