Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir Elmir Murad/
Səhiyyə Nazirliyi fəaliyyəti dayandırılmış Leyla Şıxlinskaya klinikasının göndərdiyi sənədləri araşdırır. Bunu Trend-ə açıqlamasında nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib.
Onun sözlərinə görə, klinika qarşısında qoyulan tələblər yerinə yetiriləndən sonra onlara yenidən lisenziya verilməsi istisna olunmur.
Ş.Əhmədova tələb qoyulan məsələlərə aydınlıq gətirib: "Bir sıra standartlar var. Leyla Şixlinskaya klinikası, həmçinin digər klinikalar da bu standartlar çərçivəsində fəaliyyət göstərməlidirlər. Hazırda Leyla Şixlinskaya Klinikası bu istiqamətdə işlər aparır. Onların sənədləri bizim qurumumuzdadır və sənədlər nazirlik tərəfindən araşdırılır. Nəticələr yaxın zamanlarda bəlli olacaq".
Qeyd edək ki, bir müddət əvvəl Leyla Şıxlinskaya klinikasının fəaliyyətinin dayandırılması haqqında məlumat yayılıb. Məlumata əsasən, sözügedən klinikaya növbəti fəaliyyət üçün lisenziya verilməyib.