Azərbaycan, Bakı, 14 sentyabr /Trend/
Azərbaycanın 2016-cı il üçün dövlət büdcəsinin proqnozunda xam neftin satış qiymətinin 1 barreli üçün 50 ABŞ dolları götürülüb. Bu barədə Trend-ə Maliyyə Nazirliyindən məlumat verilib.
Sənəddə qeyd edilib ki, növbəti il üçün beynəlxalq maliyyə təşkilatlarının proqnozlarını və neftin qiymətindəki qeyri-müəyyənliyi nəzərə alaraq, 2016-cı il dövlət və icmal büdcələrin gəlirlərinin hesablamaları zamanı xam neftin satış qiymətinin 1 barreli üçün 50 ABŞ dolları götürülüb.
Xarici valyutada ifadə olunan büdcə daxilolmalarının və xərclərinin hesablanmaları üçün manatın ABŞ dollarına məzənnəsi isə 1,05 manat qəbul edilib.