...

Qeyri-adi və müalicəvi bulaq görənləri təəccübləndirir (FOTO)

Cəmiyyət Materials 21 Sentyabr 2015 08:26 (UTC +04:00)
Su və od, bir-birləri ilə əks olan təbiət ünsürləri Ağstafada birləşib
Qeyri-adi və müalicəvi bulaq görənləri təəccübləndirir (FOTO)

Azərbaycan, Bakı, 21 sentyabr /Trend/

Su və od, bir-birləri ilə əks olan təbiət ünsürləri Ağstafada birləşib.

Trend-in Kəpəz TV-yə (Region TV) istinadən verdiyi məlumata görə, yerin bir neçə metr dərinliyindən su yana-yana çıxır. Görənləri düşündürən bu maraqlı bulaq Ağstafa rayonunun Poylu qəsəbəsində magistral yolun kənarındadır.

Yerli sakinlər illər öncə burada neft axtarışları zamanı bu müalicəvi, həm də qeyri-adi suyun çıxdığını bildirdilər. Magistral yolda hərəkətdə olan paytaxt və digər rayonların sakinləri ərazidən keçərkən ayaq saxlayıb suyun dadına baxırlar. Yaxınlıqda yaşayanlar isə bu sudan daimi olaraq istifadə etdiklərini deyirlər.

Maraqlısı odur ki, bulağın suyu qışda isti, yayda isə sərin olur. Müalicəvi suyu bir güdən artıq saxlamaq mümkün olmur. Yerli əhali təbiətin onlara bəxşişini daha səmərəli istifadə etmək üçün ərazidə müəyyən abadlıq işləri aparılımasını vacib sayırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti