...

Qaxda milli mətbəx festivalı keçirilib (FOTO)

Cəmiyyət Materials 23 Sentyabr 2015 12:30 (UTC +04:00)
Qax şəhərində “Ulu dad” milli mətbəx festivalı keçirilib.
Qaxda milli mətbəx festivalı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir Elmir Murad/

Qax şəhərində "Ulu dad" milli mətbəx festivalı keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, festival "Xalq yaradıcılığı paytaxtları" proqramına əsasən keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin və Qax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda yerli kulinarlarla yanaşı Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonlarının təmsilçiləri iştirak ediblər. Rayonların plov, dolma, xəmir xörəkləri, şirniyyat növləri "İçəribazar" Turizm Mədəniyyət Mərkəzində, baldan hazırlanmış mətbəx nümunələri isə Nizami" parkında nümayiş olunub.

S.Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzinin kollektivlərinin, uşaq incəsənət məktəbi şagirdlərinin çıxışından sonra tədbir iştirakçıları rayonlardan gəlmiş kulinarların əvvəlcədən hazırladıqları milli mətbəx nümunələri ilə tanış olublar. El sənətkarlarının əl işləri, həmçinin folklor kollektivlərinin çıxışları festival iştirakçılarına xoş ovqat bəxş edib. Nizami parkında arıçılıq məhsullarının sərgisi də maraqla qarşılanıb. Festival iştirakçılarına rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri və diplomlar təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti