...

Bakıda yeni marşrutlar istifadəyə verilib

Cəmiyyət Materials 5 Oktyabr 2015 13:16 (UTC +04:00)
Bakıda yeni marşrutlar istifadəyə verilib.
Bakıda yeni marşrutlar istifadəyə verilib

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir Elmir Murad/

Bakıda yeni marşrutlar istifadəyə verilib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən trend-ə verilən xəbərə görə, oktyabrın 3-dən etibarən "Baku-Bus" MMC-nin 6 və 8 saylı marşrut avtobusları fəaliyyətə başlayıb. 6 saylı marşrut avtobusunun hərəkət cədvəli - "Azadlıq" metro st. - Ak.H.Əliyev küç. - Tbilisi prospekti - Lider televiziyası - "Elmlər Akademiyası" metro st. - "İçərişəhər" metro st. - 20-ci sahə olacaq.

8 saylı marşrut avtobusu: "Azadlıq" metro st.dan - Səməd Vurğun küçəsi - Heydər Əliyev sarayı - "28 May" metro stansiyasına qədər hərəkət edəcək.

Hərəkət istiqaməti Şəhidlər Xiyabanı - "Elmlər Akademiyası" metro st. - "Koroğlu" parkı - "Gənclik" metro st. - "N.Nərimanov" metro st. - Montin bazarı olan əvvəlki 6 saylı marşrut avtobusu 63 nömrəsi ilə əvəzlənib. Yəni əvvəlki 6 saylı marşrut avtobusu artıq 63 saylı marşrut adı ilə sərnişinlərə xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti