...

İsa Həbibbəyli: AMEA-nın elektron kitabxanasının dünyanın bütün elektron kitabxanalarına çıxışı var

Cəmiyyət Materials 14 Oktyabr 2015 12:16 (UTC +04:00)
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının oxucuların istifafəsinə verilməsi ilə bağlı rəsmi açılış mərasimi keçirilib.
İsa Həbibbəyli: AMEA-nın elektron kitabxanasının dünyanın bütün elektron kitabxanalarına çıxışı var

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının oxucuların istifadəsinə verilməsi ilə bağlı rəsmi açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli qeyd edib ki, hazırda AMEA-nın bu elektron kitabxanasında elektron kataloqların yaradılması işi başa çatmaq üzrədir.

AMEA-nın vitse-prezidentinin sözlərinə görə, elektron kitabxana yaradılarkən dünyanın ən yaxşı kitabxana modelləri öyrənilib: "Bu elektron kitabxananın dünyanın bütün elektron kitabxanalarına çıxışı var. Kitabxana ən müasir texnologiyalarla təmin edilib. Bu kitabxana Azərbaycan elminin dünya elmininə inteqrasiya olunması üçün çox əlverişli imkanlar yaradır".

İ.Həbibbəyli bildirib ki, yaradılan yeni imkanlar kitabxananın oxucularının sayını 10 dəfələrlə artırıb. Bu da çox sevindirici haldır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti