...

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında yenə tıxac var

Cəmiyyət Materials 16 Oktyabr 2015 09:55 (UTC +04:00)
Bakı-Sumqayıt yolunda yenə tıxac yaranıb.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında yenə tıxac var

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir Elmir Murad/

Bakı-Sumqayıt yolunda yenə tıxac yaranıb.

Trend xəbər verir ki, avtomobillərin sıxlığı "Bakı" futbol klubunun bazasının qarşısındakı körpüdən Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısına qədər yolda müşahidə olunur. Sıxlıq metronun "Avtovağzal" stansiyasının qarşısında aparılan tikinti səbəbindən yaranıb. Sıxlıq səbəbindən xeyli sayda avtomobil yolda qalıb.

Qeyd edək ki, bu cür tıxaclar Bakı-Sumqayıt yolunda həftə içi hər gün, səhər saatlarında yaranır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti