...

Azərbaycanda daha bir orqana KİV-lərdən təkzib tələb etmə hüququ verilir

Cəmiyyət Materials 16 Oktyabr 2015 16:17 (UTC +04:00)
Azərbaycanda cinayət işləri üzrə ibtidai araşdırma aparan orqan yanlış məlumatlara görə kütləvi informasiya vasitələrindən (KİV) təkzib və düzəlişin edilməsini tələb edə biləcək.
Azərbaycanda daha bir orqana KİV-lərdən təkzib tələb etmə hüququ verilir

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda cinayət işləri üzrə ibtidai araşdırma aparan orqan yanlış məlumatlara görə, kütləvi informasiya vasitələrindən (KİV) təkzib və düzəlişin edilməsini tələb edə biləcək.

Mili Məclisdən Trend-ə verilən məlumata görə, bununla əlaqədar "Kütləvi informasiya vasitələri haqqında" qanuna dəyişikliklər edilir.

Yeni dəyişikliklərə əsasən, kütləvi informasiya vasitəsində cinayət işləri üzrə ibtidai araşdırmanın mahiyyəti və nəticələri barədə həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumatlar verildikdə ibtidai araşdırmaya porsessual rəhbərliyi həyata keçirən və ya ibtidai araşdırmanı aparan orqan məlumatın təkzib olunması və ya düzəliş edilməsi tələbi ilə müraciət etmək hüququna malikdir.

Dəyişiklik cinayət işləri ilə bağlı məlumatların verilməsi sahəsində KİV-lərin məsuliyyətinin artırılması, həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumatların təkzib olunmasını və onlara düzəliş edilməsini nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti