...

Bakının yeni yolları (FOTO)

Cəmiyyət Materials 21 Oktyabr 2015 19:04 (UTC +04:00)
Bu gün Bakıda Nəriman Nərimanovun heykəli, Hüseyn Cavid və Parlament prospektləri ətrafında yeni çəkilən yolların, bu ərazidə yenidən qurulan küçə və prospektlərin, yeni salınan parkların açılışı olub.
Bakının yeni yolları (FOTO)

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

Bu gün Bakıda Nəriman Nərimanovun heykəli, Hüseyn Cavid və Parlament prospektləri ətrafında yeni çəkilən yolların, bu ərazidə yenidən qurulan küçə və prospektlərin, yeni salınan parkların açılışı olub.

Paytaxtın Həsən Seyidbəyli, Nəriman Nərimanov, Mikayıl Müşfiq, İsmayıl bəy Qutqaşınlı, Mehdi Hüseyn, Kazım Kazımzadə, Məmməd Rahim küçələrində ən yüksək səviyyədə əsaslı təmir və yenidənqurma işləri aparılıb, yeni küçə - Qurban Xəlilov küçəsi və ərazidə yeni parklar salınıb. Mikayıl Müşfiq küçəsində yolun hərəkət hissəsi genişləndirilərək yenidən inşa edilib.

Yolun Nəriman Nərimanovun heykəlindən Parlament prospektinə qədər, Həsən Seyidbəyli küçəsindən Süleyman Tağızadə küçəsinədək olan hissələrində 35 min kvadratmetr asfalt beton örtüyü əsaslı təmir edilib.

Trend yeni çəkilən yollardan fotoları təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti