...

Azərbaycanın ikinci peyk proqramının dəyəri açıqlanıb

Cəmiyyət Materials 24 Oktyabr 2015 11:07 (UTC +04:00)
Azərbaycanın ikinci peyk proqramının dəyəri 191,36 milyon dollar təşkil edəcək.
Azərbaycanın ikinci peyk proqramının dəyəri açıqlanıb

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Azərbaycanın ikinci peyk proqramının dəyəri 191,36 milyon dollar təşkil edəcək.

Trend Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentiliyinin saytına istinadən məlumat veriri ki, bu vəsait "Azerspace-2/Intelsat 38" ikinci geostasionar peykin tikintisinə və yeni yerüstü peyk avadanlığının aınmasına sərf ediləcək.

"Azerspace-2/Intelsat 38" peykinin orbitə 2017-ci ildə çıxarılması nəzərdə tutulur. Yeni peykin xidmət zonasının Avropa, Asiya, Yaxın Şərq və Afrika ölkələrini əhatə edəcəyi qeyd olunur.

Azərbaycanın ilk peyki "Azerspace/Africasat-1a" 2013-cü il fevralın 1-də orbitə çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti