...

Parlament jurnalistləri Fuad Muradovun seçki qərargahında (FOTO)

Cəmiyyət Materials 28 Oktyabr 2015 17:19 (UTC +04:00)
Milli Məclisdə akkreditasiya olunmuş bir qrup media təmsilçisi millət vəkili, 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizəd Fuad Muradovun seçki qərargahında olublar.
Parlament jurnalistləri Fuad Muradovun seçki qərargahında (FOTO)

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Milli Məclisdə akkreditasiya olunmuş bir qrup media təmsilçisi millət vəkili, 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizəd Fuad Muradovun seçki qərargahında olublar.

Qərargahda iş prosesi ilə tanışlıqdan sonra keçirilən görüşdə bildirilib ki, F.Muradov 10 il ərzində parlamentin ən fəal deputatlarından olub. Parlament jurnalistləri arasında keçirilən sorğu nəticəsində F.Muradov 4-cü çağırış Milli Məclisdə beş ilin ən fəal deputatı seçilib.

F.Muradov media nümayəndələrinə təşşəkürünü bildirib. Qeyd edib ki, bu gün Azərbaycan mediası ölkəmizdə baş verən bütün prosesləri işıqlandırır və cəmiyyətlə dövlət arasında körpü funkisyasını layiqincə yerinə yetirir.

Sonda Parlament Jurnalistləri Birliyi adından F.Muradova "IV çağırış Milli Məclisin ən fəal deputatı" seçildiyinə görə plaket təqdim edilib.

Qeyd edək ki, F.Muradov 5 dəfə "İlin ən fəal deputatı" adına layiq görülüb.

Görüşdə F.Muradov jurnalistləri maraqlandıran bir sıra sualları cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti