...

Azərbaycanın efir məkanında təhlükəli problem

Cəmiyyət Materials 5 Noyabr 2015 16:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

Bu gün Azərbaycanın efir məkanında ən ciddi problemlərdən biri, bəlkə də birincisi verilişlərin mənəvi fəlsəfəsi və ideologiyası ilə bağlıdır. Bunu Trend-ə Milli Məclisin deputatı Nizami Cəfərov deyib.

Onun sözlərinə görə, aparıcıların nitq və dünyagörüşü səviyyəsinin aşağı olması haqqında çox danışıqlar gedib və indiyə qədər müəyyən inkişaf var: "Amma indi problemlər bir az ayrı səviyyədədir, daha dərin məsələləri əhatə edir. Yəni burada söhbət aparıcının səviyyəsindən daha çox verilişin mənəvi fəlsəfəsi, ideologiyası, cəmiyyətin mənəvi aləmi haqda gedir".

N.Cəfərov deyib ki, bu gün ailədaxili məsələlər televiziya məkanında müzakirəyə çıxarılaraq ictimailəşdirilir: "Yəni ailə sirlərinin, insanların tale sirlərinin bu cür primitiv şəkildə ictimaiyyət qarşısına çıxarılması düzgün deyil. İnsanlar özləri də bunun qeyri-etik olduğunun fərqinə varmadan efirə çıxırlar. Müəyyən ailədaxili məsələlər var ki, bunlar müzakirə olunmaqla həll olunmur. Bu, insanın tale məsələsi, daxili məsələdir. Hər şeyi ictimailəşdirmək olmaz. Bu baxımdan artıq burada problem aparıcı mədəniyyətindən daha çox, verilişin fəlsəfəsi ilə bağlıdır".

Onun fikrincə, bu cür verilişlər əslində süni qıcıq yaradır: "Bilirik ki, bu cür verilişlər reklam gətirir, amma bu cür verilişlərin cəmiyyətə nə qədər mənəvi zərbə vurması ayrı bir məsələdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti