...

Rusiya təyyarəsinin qəzaya uğrması turistlərimizin Misirə səfərinə necə təsir göstərib?

Cəmiyyət Materials 7 Noyabr 2015 11:41 (UTC +04:00)
Bir necə il əvvəl Yaxın Şərqdə vəziyyət qeyri-sabit olmağa başlayandan sonra azərbaycanlı turistlərin də Misirə səfər etməyə marağı azalmışdı.
Rusiya təyyarəsinin qəzaya uğrması turistlərimizin Misirə səfərinə necə təsir göstərib?

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

"Bir necə il əvvəl Yaxın Şərqdə vəziyyət qeyri-sabit olmağa başlayandan azərbaycanlı turistlərin də Misirə səfər etməyə marağı azalmışdı. Bu baxımdan Şarm əş-Şeyxdən Sankt-Peterburqa uçan Rusiya təyyarəsinin Sinayda qəzaya uğramasından sonra azərbaycanlı turistlərin Misirə marağının azaldığını demək olmaz".

Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası sədrinin müavini Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, azərbaycanlı turistlər Misirə demək olar ki, səfər etmirlər: "Misirə daha çox rus turistləri səfər edirdilər. Bir necə il əvvəl Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar turistlərin oraya getməsi tövsiyə olunmamışdı. Ona görə də bizim turistlər çoxdandır ki, Misirə getmirlər. Onlar səfər üçün başqa ölkələri seçirlər".

M.Ağakərimov qeyd edib ki, Azərbaycandan Misirə birbaşa aviaresylər həyata keçirilmir.
Azərbaycandan Misirə getmək istəyənlər ya Dubay, ya İstanbul, ya da Doha şəhərləri vasitəsilə həmin ölkəyə gedirlər.

Xatırladaq ki, "Airbus A321" təyyarəsinin qəzaya uğrması ilə əlaqədar dünən axşam saatlarından başlayaraq, Rusiyadan Misirə sərnişin aviareyslərinin həyata keçirilməsi dayandırılıb.

Azərbaycanlı turistlərin ən çox s'əfər etdiyi Türkiyə (İstanbul, Antalya, Bodrum), Birləşmiş Ərəb Əmirlikləri (Dubay şəhəri), eləcə də Şərqi Avropa, Cənub-Şərqi Asiya ölkələridir.

Azərbaycanlı turistlər bu ölkələrə daha çox yay aylarında və bir necə gün davam edən bayram günlərində səfər edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti