Oksford Universitetinin Nizami Gəncəvi elmi Mərkəzinin Azərbaycan tərəfindən rəhbəri professor Nərgiz Paşayeva universitetin Şərqşünaslıq İnstitutunun yeni təyin olunmuş müdiri professor Mark Smitlə görüşüb (FOTO)

Oksford Universitetinin Nizami Gəncəvi elmi Mərkəzinin Azərbaycan tərəfindən rəhbəri professor Nərgiz Paşayeva universitetin Şərqşünaslıq İnstitutunun yeni təyin olunmuş müdiri professor Mark Smitlə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 10 noyabr /Trend/

Oksford Universitetinin Nizami Gəncəvi elmi Mərkəzinin Azərbaycan tərəfindən rəhbəri professor Nərgiz Paşayeva universitetin Şərqşünaslıq İnstitutunun yeni təyin olunmuş müdiri professor Mark Smitlə görüşüb.

Trend-in məlumatına görə, professor Robert Hoyland görüşdə bildirib ki, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi bu gün Böyük Britaniyada Azərbaycanı öyrənən rəsmən tanınmış, nüfuzlu və yüksək statusa malik yeganə elmi mərkəzdir.

Böyük Britaniyada işgüzar səfərdə olan M.V.Lomonosov adına MDU-nun Bakı filialının rektoru, Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzinin Azərbaycan tərəfindən rəhbəri, professor Nərgiz Paşayeva noyabrın 5-də universitetin Şərqşünaslıq İnstitutunun yeni təyin olunmuş müdiri, misirşünas professor Mark Smitlə Oksford Universitetinin Qriffit İnstitutunda (The Griffith İnstitute http://www.griffith.ox.ac.uk) görüşüb. Qeyd edək ki, bu institut Oksford Universiteti ilə yanaşı dünyanın misirşünaslıq üzrə aparıcı elmi tədqiqat mərkəzlərindəndir. Belə ki, burada Misir fironu Tutanxamonun sərdabəsindən tapılan arxeoloji materiallar və XIX əsrdə almaniyalı alimlərdən ibarət elmi ekspedisiyanın Misirdə apardığı tədqiqatların hesabatları saxlanılır.

Görüşdə professor M.Smit professor Nərgiz Paşayeva ilə tanış olmaqdan məmnunluq hissi keçirdiyini ifadə edib. Professor M.Smit Oksford Universitetinin artıq rəsmən qəbul edilmiş bir hissəsi olan Nizami Gəncəvi Mərkəzinin (http://www.orinst.ox.ac.uk/research/ nizami-ganjavi/home) danılmaz əhəmiyyətindən danışıb və mərkəzin fəaliyyəti üçün göstərdiyi səylərə görə Azərbaycanlı alim-professor N.Paşayevaya minnətdarlığını bildirib. Azərbaycanın və Qafqaz bölgəsinin mədəni irsinin öyrənilməsinin universitetin Şərqşünaslıq İnstitutu üçün mühüm elmi əhəmiyyət kəsb etdiyini qeyd edərək professor Mark Smit qısa dövr ərzində Mərkəzin Oksford Universitetində, eləcə də Qərbdə maraqla qarşılandığını çatdırıb. O, Oksford Universitetinin elmi pedaqoji heyəti və universitet nəzdində fəaliyyət göstərən digər elmi mərkəzlərin və başqa ali təhsil ocaqlarının indi və gələcəkdə Nizami Gəncəvi Mərkəzi ilə birgə əldə ediləcək elmi nailiyyətlərinə inandığını vurğulayıb.

Öz növbəsində, N.Paşayeva professor M.Smit ilə görüşməkdən məmnun olduğunu, Azərbaycan elmi irsinin dünya elmi müstəvisində təmsil olunmasında yeni səhifə açıldığını və Mərkəzin rəhbəri kimi üzərinə düşən bu ciddi və məsuliyyətli missiyanın həyata keçirilməsindən qürur duyduğunu bildirib. N.Paşayeva xüsusilə qeyd edib ki, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi müstəqillik illəri ərzində ölkəmizin elm, təhsil sahəsində həyata keçirildiyi ən ciddi və davamlı beynəlxalq layihədir. Ölkəmizin tarixi və mədəni irsinin beynəlxalq səviyyədə daha geniş tanınması üçün dünya şöhrətli nüfuzlu alimlər və tədris ocaqları tərəfindən öyrənilməsinin vacibliyini vurğulayan professor N.Paşayeva Oksford Universiteti və onun rəhbərliyinin ona və onun timsalında Azərbaycan elminə verdiyi belə yüksək etimada və marağa görə onlara öz minnətdarlığını bildirib.

Professor N.Paşayeva sovet dövründə Azərbaycan elminin belə imkanlardan tamamilə məhrum olduğunu və bu baxımdan yaranmış böyük boşluğu Mərkəz vasitəsilə aradan qaldırılmasının vacibliyini qeyd edib. Bundan əlavə, gələcəkdə Rusiya Federasiyasının nüfuzlu elmi ocaqları, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Sankt-Peterburq Universiteti və Stambul Universiteti ilə sıx əməkdaşlıq planlarının da Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin fəaliyyətində nəzərdə tutulduğunu diqqətə çatdırdı.

Sonra professor N.Paşayeva həmkarları, o cümlədən Nizami Gəncəvi Mərkəzinin işçi qrupunun üzvləri Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun aparıcı professorları Robert Hoyland və Edmund Herziq, habelə doktor Pol Vordsvors ilə Oksford Universitetinin məşhur Aşmolean muzeyinin qonaq zalında görüşdü.

Qeyd edək ki, nəinki Birləşmiş Krallığın, eləcə də Avropanın ən qədim və ilk muzeyi olan Aşmolean muzeyi Oksford Universiteti nəzdində fəaliyyət göstərən muzeylərdən ən məhşuru və böyüyüdür. Muzeydə bəşər tarixi və mədəni irsinə aid bir çox qiymətli eksponatlar saxlanılır və xüsusi şəraitdə qorunur. Görüşdən öncə Nizami Gəncəvi Mərkəzinin Böyük Britaniya tərəfindən rəhbəri professor Robert Hoyland professor N.Paşayevanı Aşmolean muzeyinin Yaxın Şərq bölməsi ilə tanış etdi və burada saxlanılan qədim arxeoloji tapıntılar və nadir tarixi eksponatlar haqqında geniş məlumatlandırdı. 1678-ci ildə təsis edilən Aşmolean muzeyində eradan əvvəl IX minillikdən başlayaraq müxtəlif tarixi dövrlərə dair əşyalar, İntibah dövrünə aid incilər, o cümlədən Rafaelə məxsus incəsənət əsərləri, Misir sivilizasiyasına aid nadir arxeoloji tapıntılar, Qədim Yunanıstana aid Mineya kolleksiyası, Anqlo-Sakson xəzinələri və dünyanın bir çox maddi mədəniyyət nümunələri sərgilənir.

Belə ki, görüş əsnasında işçi qrup tərəfindən Mərkəzin cari fəaliyyətinə dair məsələlər, o cümlədən Oksford Universitetinin alim və mütəxəssislərindən ibarət arxeoloji ekspedisiyanın Bərdədə bu ilin sentyabr ayında başa çatdırdığı qazıntıların ilkin nəticələri barədə geniş müzakirələr aparılıb. Heyətin rəhbəri, Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun doktoru və Brasenose kollecinin elmi tədqiqatçısı P.Vordsvors aparılan arxeoloji tədqiqatların nəinki Azərbaycan, bütövlükdə Qafqaz bölgəsinin tarix və mədəni irsinin öyrənilməsi sarıdan yeniliklər vəd etdiyini nəzərə çatdırdı. Bildirdi ki, yaxın gələcəkdə Bərdə Arxeoloji Ekpedisiyasının (BAE) heyəti Bərdə şəhərində aparılmış tədqiqatların nəticələri barədə Oksford Universitetində, daha sonra MDU-nun Bakı Filialında geniş elmi hesabat, eləcə də ictimai təqdimatla çıxış etməyi planlaşdırır. O, əldə edilmiş maddi mədəniyyət nümunələrinin ekspedisiyanın ilkin rəyinə əsasən Azərbaycanın tarixi və mədəni irsinin öyrənilməsi baxımından Qərbdə mövcud və məlum olan elmi biliklərə mühüm töhvə verəcəyinə ümidvar olduğunu nəzərə çatdırdı.

Qeyd edək ki, doktor Vordsvorsun başçılıq etdiyi arxeoloji ekspedisiya ilə bərabər Nizami Gəncəvi Mərkəzinin rəhbrələri prof. R.Hoyland və prof. N.Paşayevanın birgə təşəbbüsü ilə Britaniyanın "Sərhədsiz İrs" (Heritage Without Borders) təşkilatı Azərbaycanda ilk dəfə olaraq mədəni irsin qorunması məqsədilə Bərdə Arxeoloji Ekspedisiyasının işinə cəlb edilib. Adı çəkilən təşkilat dünyanın müxtəlif bölgələrində bəşəriyyətin mədəni irsinin qorunması üçün aparıcı mütəxəsisləri bir araya gətirir və işlədiyi ölkələrdə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən maddi mədəniyyət nümunələrinin qorunması və mühafizəsini təşkil edərək, gələcək nəsillərə ötürülməsini təmin edir. Məhz bu məqsədlə Bərdə Arxeoloji Ekspedisiyası çərçivəsində "Sərhədsiz İrs" təşkilatının qəyyumlar şurasının üzvü və rəhbəri, arxeologiya üzrə mütəxəssis doktor Dominika D'arkangelo bu ilin 15-20 sentyabr tarixlərində professor Paşayevanın dəvəti ilə Bakı və Bərdə şəhərlərində işguzar səfərdə olub. Doktor D'arkangelo səfər zamanı Mərkəzin arxeoloji ekspedisiyasının Bərdədə apardığı qazıntıları ilə yaxından tanış olub və arxeoloji tapıntıların qorunması və mühafizəsi ilə bağlı heyət üzvlərinə praktiki tövsiyələrini verib. Sonra paytaxtimıza dönən doktor D'arkangelo professor Paşayeva ilə görüşüb və Bərdə Arxeoloji Ekspedisiyasının işi, xüsusilə aşkar edilən maddi mədəniyyət nümunələrinin konservasiyası və saxlanma üsulları haqqında ona məlumat verib. Sonra onlar Azərbaycan Tarixi Muzeyində olublar və orada muzeyin rəhbərliyi və işçi heyəti ilə fikir mübadiləsi aparıblar.

Doktor Vordsvors həmçinin qeyd etdi ki, "Britaniya Şurası" (British Council) təşkilatı da öz növbəsində Bərdə Arxeoloji Ekspedisiyasının işinə maraq göstərir və gələcəkdə bu təşkilatla əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi arzuolunandır. O, həmçinin vurğulayıb ki, bu günə qədər Bərdə şəhərinin tarixi, onun Qafqaz Albaniyasının mədəni-iqtisadi, hərbi-inzibati mərkəzi olduğu dövrə aid bir sıra məsələlər bəzən yetərli dərəcədə sübutlu, möhkəm elmi faktlar olmadan araşdırılıb və Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin dəstəyi ilə qədim mənbələrin əsaslarında ciddi elmi-akademik tədqiqatların aparılmasına böyük ehtiyac duyulur.

Həmçinin çox dəyərli faktdır ki, Bərdə Arxeoloji Ekspedisiyasının ilkin tapıntıları haqqında rəsmi elmi hesabata dair məruzə etmək üçün P.Vorsdvors bu ilin 18-21 noyabr tarixlərində Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzini təmsil edərək ABŞ-ın Şərqşünaslıq üzrə Tədqiqatlar İnstitutunun (ASOR - "American Schools of Oriental Studies" http://www.asor.org/about/index.html) dəvəti ilə Corciya ştatının Atlanta şəhərində keçiriləcək illik konfransa dəvət olunduğunu və bu beynəlxalq tədbirdə iştirak edəcəyini nəzərə çatdırdı.

Qeyd olunmalıdır ki, ''ASOR'' 1900-cu ildə ABŞ-ın Harvard, Prinston, Yeyl, Kolumbiya və digər mötəbər universitetlərinin şərqşünaslıq sahəsində tədqiqatların aparılması məqsədilə birgə təsis edilmiş nüfuzlu elmi-tədqiqat müəssisəsidir.

Ardınca işçi qrupunun üzvləri mərkəzin digər layihələrini müzakirə etdilər. Akademik Yevgeni Bertelsin müəllifi olduğu "Dahi Azərbaycan şairi Nizami" kitabının ingilis dilinə tərcüməsinin sona çatdığını qeyd edən professor E.Herziq hal-hazırda kitabın nəşrə hazırlandığını və gələn ilin əvvəlində onun çap olunacağını qeyd etdi.

Öz növbəsində professor N.Paşayeva sözügedən kitabın ilk dəfə olaraq ingilis dilinə tərcümə olunmasını qeyd edərək onun ümumiyyətlə 1941-ci ildən bəri ilk dəfə yenidən nəşr olunacağını və bu layihənin Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin ilk tərcümə işi olmasından məmnunluq hissi keçirdiyini bildirdi. İşçi qrupunun üzvləri həmçinin gələcəkdə Mərkəz tərəfindən ingilis dilinə tərcümə olunacaq digər kitabların siyahısını müzakirə etdilər.

Görüşü yekunlaşdıran Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Oksford Universiteti tərəfindən rəhbəri, professor R.Hoyland Mərkəzin ötən dövr ərzindəki fəaliyyətini müsbət dəyərləndirdi: "Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi bu gün Böyük Britaniyada Azərbaycanı öyrənən rəsmən tanınmış, nüfuzlu və yüksək statusa malik yeganə elmi mərkəzdir".

O, belə bir ciddi elmi təşkilatın öz işlərini uğurla davam etdirilməsində əzmkarlığa görə həmkarı N.Paşayevaya minnətdarlığını bildirdi. 2016-cı ilin əvvəlində Oksford Universitetinin rəhbərliyi ilə nəzərdə tutulan görüşləri diqqətə çatdıran professor R.Hoyland, Nizami Gəncəvi Mərkəzinin Azərbaycan haqqında Qərbdə mövcud olan elmi biliklərin zənginləşməsinə töhvə verəcəyinə əmin olduğunu söylədi. Dünya şöhrətli Oksford Universiteti səviyyəsində Azərbaycanın adının uca tutulduğuna görə Mərkəzin yaranması və mövcudluğunu tarixi uğur kimi xüsusi qeyd etdi. Professor Hoyland Oksford Universitetində Azərbaycanın mədəni və tarixi irsinin ciddi məkanda - Oksford Universitetində elmi əsaslarla öyrənilməsi üçün professor Nərgiz Paşayevanın ilk azərbaycanlı alim kimi irəli sürdüyü digər təşəbbüsləri də xüsusi olaraq vurğuladı.

Professor N.Paşayeva Britaniyaya səfəri zamanı 2007-ci ildən həmsədr olduğu İngiltərə-Azərbaycan cəmiyyətinin britaniyalı həmsədri Lord Germanla görüşdü.

Bu görüşdə Cəmiyyətin cari fəaliyyəti və layihələri geniş müzakirə edildi. Həmsədrlər M.V.Lomonosov adına MDU-nun Bakı Filialının tələbələri arasında keçirilmiş dahi ingilis şairi U.Şekspirin yaradıcılığına dair inşa müsabiqəsinin nəticələrinə və Bül-Bül adına Bakı Musiqi Məktəbi ilə İngiltərənin ən qədim ixtisaslaşmış musiqi məktəblərindən sayılan Purcell məktəbi arasında əməkdaşlığa dair məsələlərə toxundular.

Qeyd olunmalıdır ki, 1962-ci ildə əsası qoyulan və İngiltərənin ən qədim ixtisaslaşmış musiqi məktəbi olan Purcell məktəbi 2003-cü ildə UNESCO-nun Mozart mükafatını qazanıb və bu mükafat məktəbin himayədarı olan Şahzadə Çarlza təqdim edilib. N.Paşayevanın təşəbbüsü ilə Purcell məktəbi ilə Bül-Bül adına Musiqi Məktəbi arasında əlaqələrin qurulması prosesinə başlanmış və bu məktəblər arasında tələbə mübadiləsi imkanları müzakirə mövzusu olmuşdur.

N.Paşayeva öz növbəsində Bül-Bül adına Musiqi Məktəbinin direktoru və iki azərbaycanlı şagird ilə Londona səfər edərək Purcell məktəbini ziyarət edəcəklərini nəzərə çatdırdı və bunun ixtisaslaşdırılmış müsiqi məktəbləri arasında gələcək əməkdaşlığa əlverişli zəmin yaradacağına ümidvar olduğunu söylədi.

U.Şekspirin yaradıcılğına dair inşa müsabiqəsinə gəlincə, bu təşəbbüs N.Paşayevanın dəvəti ilə bu ilin fevral ayında Bakıya səfər edən Lord Germanla görüş zamanı irəli sürülüb. O zaman həmsədrlər MDU-nun Bakı filialında ingilis dili üzrə ixtisaslaşan bakalavr və magistr tələbələri ilə filologiya fakultəsində görüşmüşdülər. Görüş zamanı N.Paşayeva və Lord German qərara gəliblər ki, dahi ingilis şairi Uilyam Şekspirin yaradıcılığına dair universitet tələbələri arasında inşa müsabiqəsi keçirilsin. Cəmiyyətin sponsorluğu ilə inşa müsabiqəsinin qalibinin Şekspirin döğma şəhəri - Statford apon Avona tanışlıq səfərinin təşkil edilməsi nəzərdə tutulub.

İnşa müsabiqəsinə dair aparılan işlərdən bəhs edən N.Paşayeva səkkiz tələbə tərəfindən yazılan inşanın artıq müsabiqə komissiyası tərəfindən qiymətləndirildiyini və bu günlərdə qalibin adının elan olunacağını bildirdi. Nəticə olaraq həmsədrlər tərəfindən inşa müsabiqəsinin qalibinin U.Şekspirin vətəninə nəzərdə tutulan səfərinin 2016-cı ilin əvvəlində həyata keçirilməsini qərara aldılar.

Sonda həmsədrlər İngiltərə-Azərbaycan Cəmiyyətinin digər planları və layihələri haqqında bəhs etdilər.

Qaxda təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə qarşı reyd olub (FOTO)
Qaxda təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə qarşı reyd olub (FOTO)
126 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib
126 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib
Biləsuvarda standartlara cavab verməyən avtomobillərin sürücüləri məsuliyyətə cəlb olunub
Biləsuvarda standartlara cavab verməyən avtomobillərin sürücüləri məsuliyyətə cəlb olunub
Loading Bars
Xəbər lenti
RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Volqoqradda Regionlararası forum keçirilib (FOTO)
Qaxda təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə qarşı reyd olub (FOTO)
Sabah hava necə olacaq?
Şuşada 30 ildən sonra “Xarıbülbül” festivalının keçirilməsi dünyaya bir mesaj idi - Deputat
Hacıqabul sakinləri narkotikə görə saxlanıldı (FOTO)
Azərbaycan nefti ucuzlaşıb
Birjalarda neft qiymətləri necədir?
126 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib
Fransa prezidenti Makron öz erməni "sevgisindən" əl çəkmir - Deputat
“Nar”ın “Oxu saatı” layihəsinin növbəti qiraətçisi Zülfiyyə Xanbabayeva olacaq (FOTO)
İki rayonda qaz xətləri yenilənir (FOTO)
“Xarıbülbül” musiqi festivalının mədəni və siyasi əhəmiyyəti böyükdür - Deputat
Biləsuvarda standartlara cavab verməyən avtomobillərin sürücüləri məsuliyyətə cəlb olunub
Müdafiə naziri azad olunmuş ərazilərdə yerləşən HHMQ bölmələrində olub (FOTO)
Tokio Olimpiadasının əleyhinə olan petisiya 350 mindən çox imza toplayıb
Bu gün Azərbaycan premyer liqasında 27-ci turun oyunları keçiriləcək
Qazaxda çayxana yanıb
Azərbaycan tarixinin ən mühüm mədəniyyət hadisəsi: "Xarıbülbül" festivalı milli birlik və həmrəyliyin nümayişi oldu
Diametri 200 m-ə qədər olan asteroid Yer kürəsinə yaxınlaşacaq
Kolumbiyada 4,3 bal gücündə zəlzələ baş verib
ABŞ-da atışma zamanı doqquz nəfər yaralanıb
BMT-nin Baş katibi Qəzza zolağı və İsraildə döyüşlərə son qoyulmasını tələb etdi
Qəzza və İsraildə zolağa daxil olması barədə məlumatlar təkzib edilib
Həmas hərəkatı İsrailin Aşkelon və Aşdod istiqamətində 150 ​​raket atıb
BMT Təhlükəsizlik Şurası İsrail və Qəzza zolağındakı vəziyyəti müzakirə edəcək
İsrail ordusunun hava və quru qoşunları Qəzza zolağına hücuma başlayıb
"Borussiya" beşinci dəfə Almaniya kubokunun qalibi oldu
Türkiyədə koronavirusdan sağalanların sayı 4,85 milyonu ötüb
Daşkəsəndə “Təmiz hava” aylığı ilə əlaqədar tədbirlər davam etdirilir (FOTO)
Livandan İsrailin şimal sahillərindəki Aralıq dənizi ərazisinə üç raket atıldı
ABŞ Ermənistan-Azərbaycan sərhədindəki gərginliyin azaldılmasına çağırır
Rusiya Azərbaycanın daha 30 müəssisəsindən pomidor idxalına icazə verəcək
Xarici İşlər Nazirliyi Ermənistan və Azerbaycan sərhədində baş verən gərginliklə bağlı açıqlama verib
İsrail Müdafiə Ordusu 9000 ehtiyatda olan əsgərinin çağırışını elan edib
Azərbaycanın xarici işlər nazirinin ATƏT-in fəaliyyətdə olan sədri ilə telefon danışığı olub
Samuxda 3 otaqlı ev yanıb
"Alyans" İctimai Birliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 98-ci doğum günü ilə əlaqədar tədbir keçirilib (FOTO)
Bu gün Azərbaycanda 21 mindən çox vətəndaş COVID-19 əleyhinə peyvənd olunub
Azərbaycanda 509 nəfər koronavirusa yoluxub, 1427 nəfər sağalıb, 16 nəfər vəfat edib
Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub
Prezident İlham Əliyev Azərbaycanın ən yeni tarixinin şanlı səhifəsini yazdı: “Xarıbülbül” festivalı hər il keçiriləcək!
"Air France" şirkəti Tel-Əvivə uçuşlarını dayandırıb
İsrail Hava Qüvvələri Qəzza zolağından buraxılan dronu vurduğunu açıqladı
"Twitter"in işində problemlər yaranıb
Heydər Əliyevin Qarabağla bağlı arzularının əks olunduğu video-çarx Prezident İlham Əliyevi kövrəltdi (VİDEO)
Prezident İlham Əliyev Cıdır düzündə bir daha "Qarabağ Azərbaycandır" dedi (VİDEO)
İstefada olan general-polkovnik Tofiq Ağahüseynov dəfn edilib (FOTO)
Mingəçevirdə qanlı dava: 3 nəfər saxlanılıb
Şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil təqdim olundu (FOTO)
Azərbaycan neftinin qiyməti qalxıb
Daha 3 şəhidin yeni doğulan övladına hesab açılacaq (FOTO)
Şuşada “Xarıbülbül” festivalını yenidən keçirmək arzumuz gerçək oldu - Xalq artisti
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında “Xarıbülbül” musiqi festivalının qala-konsertindən görüntü paylaşıb (VİDEO)
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb
İranda ötən sutka 297 nəfər koronavirusdan ölüb
IATA və AZAL arasında IATA Travel Pass mobil əlavəsinin Azərbaycanda tətbiq edilməsinin mümkünlüyü müzakirə edilib
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə telefonla zəng edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” musiqi festivalının qala-konsertində iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Müdafiə Nazirliyi istefada olan general-polkovnikin vəfatı ilə əlaqədar başsağlığı verib
Prezident İlham Əliyev Şuşada Yuxarı Gövhərağa məscidində olub (YENİLƏNİB) (FOTO/VİDEO)
Şuşada keçirilən "Xarıbülbül" festivalı böyük tarixi qələbənin təntənəsidir - Şuşalı deputat
AXC-Müsavat cütlüyünün Naxçıvanla bağlı mənfur niyyətinin qarşısını məhz Heydər Əliyev aldı - Deputat
Mətbuat prospektində avtomobillərin hərəkətində sıxlıq var - SƏBƏB (FOTO)
Sabah hava necə olacaq?
Türkmənbaşı limanına ilk dəfə yan alan "Azərbaycan" gəmi-bərəsi milli adət-ənənələrə uyğun qarşılanıb (FOTO)
Neftçala sakini narkotiklə saxlanılıb
Şuşada tikiləcək məscid Vətənimizin bir tacı olacaq - QMİ sədri
Şəkidə avtoxuliqan saxlanılıb (FOTO/VİDEO)
İsraildə aktiv koronavirus xəstələrinin sayı 825-ə düşüb
Son illərdə Naxçıvanın iqtisadi, siyasi və hərbi potensialının dinamik şəkildə artması danılmaz faktdır - Kamaləddin Qafarov
Ermənilər təkcə xalqımıza deyil, dini abidələrimizə qarşı da vandallıq törədiblər - Allahşükür Paşazadə
Qazaxıstanda koronavirusa yoluxanların sayı 350 min nəfəri ötüb
Azərbaycan xalqı birlik sayəsində qələbə qazandı - QMİ sədri
İlk dəfədir ki, Ramazan bayramını qalib ölkə kimi qeyd edirik - Allahşükür Paşazadə
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb
Şuşada "Xarı Bülbül" festivalında iştirak etdiyimizə görə çox xoşbəxtik - Xalq artisti
Təzəpir məscidində bayram namazı qılınıb (FOTO)
Pomidor güvəsi (Tuta absoluta) və onunla mübarizə üsulları
“Şaka” ləqəbli narkotacir saxlanılıb
Venesuelada ilin əvvəlindən inflyasiya 240 faizi ötüb
Braziliyada koronavirusdan daha 2 494 nəfər ölüb
Şuşada bayram namazı qılınıb (VİDEO)
“Azpetrol” Ramazan bayramı münasibətilə müsəlmanları təbrik edir
Bakıda intihara cəhdin qarşısı alınıb
Argentinada koronavirusa yoluxanların sayı 3,2 milyonu ötüb
Birinci vitse-prezident Mehriban Əliyeva Şuşadan bütün müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib (FOTO)
İsrail Türkiyə telekanalının Qəzza zolağında yerləşən binasına zərbə endirib
Azərbaycanda Ramazan bayramı qeyd olunur
Ağstafa polisi şəhid ailələrinə bayram sovqatları paylayıb (FOTO)
BMT-nin baş katibi Fələstin-İsrail münaqişəsinin deeskalasiyasına nail olmağa çağırıb
Bayden ABŞ-ın kiber təhlükəsizliyinin təmin edilməsi lə bağlı qərar imzalayıb
BMT Təhlükəsizlik Şurasının Fələstin və İsrail üzrə iclası mayın 14-ü keçirilə bilər
Qəzza zolağından İsrail ərazisinə 1,5 mindən artıq raket atılıb
Bitkoinin qiyməti 15 faizdən çox ucuzlaşıb
ÜST-nin Baş direktoru koronavirusa qarşı peyvənd olunub
Böyük Britaniyada daha 2 284 nəfər koronavirusa yoluxub
Polislər Mingəçevir və Zaqatalada şəhid ailələrini, qaziləri və aztəminatlı soydaşlarımızı ziyarət ediblər (FOTO)
İsrailin zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı 65-ə çatıb
Şəmkirdə dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olunub (FOTO)
Bütün xəbərlər