...

Bakıda NATO ekspertləri ilə işçi görüşü başlayıb

Cəmiyyət Materials 10 Noyabr 2015 18:05 (UTC +04:00)
İki gün davam edəcək tədbirdə hərbi təhsil və təlim sahəsi üzrə Azərbaycan-NATO birgə fəaliyyət planının icmalı, gələcək məqsəd və tədbirlər müzakirə ediləcək.
Bakıda NATO ekspertləri ilə işçi görüşü başlayıb

Azərbaycan, Bakı, 10 noyabr /Trend/

NATO-nun təhsil üzrə ekspertləri ilə işçi görüşü başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 10-da Silahlı Qüvvələrin Hərbi Akademiyasında Silahlı Qüvvələrin hərbi təhsil sisteminin inkişafına yardım üzrə NATO-Azərbaycan birgə hərbi təhsil və təlim sahəsində fəaliyyət planına uyğun olaraq, NATO-nun təhsil üzrə ekspertləri ilə Azərbaycan Silahlı Qüvvələrinin mütəxəssisləri arasında işçi görüşü başlayıb.

İki gün davam edəcək tədbirdə hərbi təhsil və təlim sahəsi üzrə Azərbaycan-NATO birgə fəaliyyət planının icmalı, gələcək məqsəd və tədbirlər müzakirə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti