...

Azərbaycanda sərnişinlərin təhülkəsizliyi necə qorunur?

Cəmiyyət Materials 16 Noyabr 2015 12:24 (UTC +04:00)
Fransada baş vermiş terror hadisələri təhlükəsizlik məsələsini yenidən gündəmə gətirdi. Bəzi ölkələrdə vətəndaşlarının təhlükəsizliyini daha ciddi təmin etmək məqsədi ilə güc sturkturları və nəqliyyat sektoru gücləndirilmiş iş rejiminə keçib.
Azərbaycanda sərnişinlərin təhülkəsizliyi necə qorunur?

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir Elmir Murad/

Fransada baş vermiş terror hadisələri təhlükəsizlik məsələsini yenidən gündəmə gətirdi. Bəzi ölkələrdə vətəndaşlarının təhlükəsizliyini daha ciddi təmin etmək məqsədi ilə güc sturkturları və nəqliyyat sektoru gücləndirilmiş iş rejiminə keçib.

Bəs Azərbaycanda nəqliyyat sektorunda insanların təhlükəsizliyi necə tənzimlənir?

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov Trend-ə açıqlamasında qeyd edib ki, qatarların keçdiyi bütün ərazilərdə sərnişinlərin təhülkəsizliyi ən yüksək səviyyədə qorunur.

Onun sözlərinə görə, bilet alışı onlayn rejimdə həyata keçirilərkən şəxsiyyət vəsiqəsi ilə sərnişinin kimliyi yoxlanılır. N.Əzməmmədov qeyd edib ki, bununla yanaşı qatarlarda yüklərə də ciddi baxış həyata keçirilir: "Nəinki sərnişin qatarlarında, həmçinin yük vaqonlarında da ciddi təhlükəsizlik tədbirləri görülür. Dəmir yolu xətlərinin keçdiyi bütün körpülərdə mühafizə fəaliyyət göstərir. Ona görə də qatarlardan istifadə edən sərnişinlərin təhlükə ilə rastlaşması mümkünsüzdür. Yaxın gələcəkdə isə dəmir yolu xətlərində təhlükəsizlik baxımından vacib olan müşahidə kameraları da quraşdırılacaq".

""Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində (QSC) daima sərnişinlərin təhükəsizlik məsələlərinə çox ciddi nəzarət edilir. Bunu Trend-ə "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, metro strateji obyektdir və hər zaman sərnişinlərin təhlükəsizliyi qurum üçün birinci dərəcəli vacib məqamdır: "Bakı Metropolitenində Daxili İşlər Nazirliyinə tabe olan polis şöbəsi fəaliyyət göstərir. Polis əməkdaşları təhlükəsizlik məsələlərinə çox ciddi nəzarət edirlər. Eyni zamanda, "Bakı Metropoliteni" QSC-nin mühafizə xidməti var. Bu əməkdaşlar tərəfindən də sərnişinlərin təhlükəsiz mənzil başına çatmasına ciddi nəzarət edilir. Metronun hər bir nöqtəsini nəzarət altında saxlayan müşahidə kameralarımız var. Müşahidə kameraları vasitəsi ilə bütün hərəkət nəzarət altında saxlanılır. Aparılan bu işlər nəticəsində metroda sərnişinlərin həyatı üçün təhülkə yaradacaq hal yoxdur".

Qeyd edək ki, noyabrın 13-də axşam saatlarında Parisdə silsilə terror hadisələri baş verib. Terror aktları nəticəsində təqribən 130 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti