• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • Cəmiyyət

"Ölkəmizi tanıyaq” tur-aksiyası

17 Noyabr 2015 11:35 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Trend:

Məktəblilərin payız tətili ilə əlaqədar şagirdlərin yenidən ölkənin regionlarına səfərləri başlayıb. "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində qərb bölgəsinin məktəbliləri cənub regionuna 4 günlük səfərə yola düşüb. Trend-in məlumatına görə, səfər çərçivəsində bölgə ilə əyani tanışlıq, tarixi yerlərə ekskursiya olacaq.

Tur-aksiya çərçivəsində Gəncə məktəbliləri Heydər Əliyev park-kompleksindəki Zəfər tağının qarşısından Lənkərana yola düşüblər. Şəhərin müxtəlif məktəblərindən olan 40 şagird Lənkəranın gəzməli-görməli, tarixi yerlərinə səfər edəcək. Bu dəfəki aksiyada 32 şəhər və rayondan 1280 şagird Lənkəran, Quba, Şəki və Gəncəyə səfər edəcək.

Layihə başlayandan isə 74 şəhər və rayondan 3 mərhələdə 7 istiqamət üzrə, ümumilikdə 4 minə yaxın şagird "Ölkəmizi tanıyaq" adı altında maarifləndirici tur-aksiyalara qatılıb.

Göygöllü məktəblilər də cənub bölgəsinə yola salınıb. 4 günlük tur çərçivəsində şagirdlər Lənkəran, Lerik və Astarada olacaq, bölgənin tarixi abidələri və istehsal müəssisələri ilə tanış olacaqlar. Aksiya iştirakçıları bu ekskurisyaların təşkilini yüksək qiymətləndiriblər.

Nəzrin Nəbiyeva məktəbli - "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində bu mənim ilk səfərim deyil. Bundan öncə Qubada olmuşuq. İnanıram ki, qarşıdakı 4 gün ərzində mənalı istirahətlə yanaşı, bölgə haqqında müəyyən bilgilər də əldə edəcəyik.

Kəmalə Qəmbərli məktəbli - Bu gün biz "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində cənub rayonlarına səfərə gedirik. Lənkəranı görmək mənim çoxdanki arzum idi.

Aytac Əliyeva məktəbli - Bu layihədə ilk dəfədir iştirak edirəm. Lənkəran rayonuna səfər etdiyim üçün çox məmnunam.

Tovuzdan olan 35 şagird və 5 müəllim də "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində cənub regionuna yola düşüb. Səyahət edəcəkləri rayonların mədəniyyəti, mərkəz və muzeyləri, meydan və qalereyalarını gəzmək imkanı əldə edən məktəblilər bölgənin iqlimi üçün xarakterik olan bitkilərin becərilmə prosesi ilə də tanış olmaq imkanı qazanacaqlar.

Səhər saatlarında Ağstafadan olan məktəblilər də Lənkərana gedib. Məktəblilər cənub bölgəsi ilə yaxından tanış olmaqla, rayonların sosial, mədəni həyatı barədə əyani şəkildə məlumatlandırılacaqlar. Tur-aksiya şagirdlərə ölkə barədə ərtaflı məlumat qazandırmaqla yanaşı, eyni zamanda, məktəblilər arasında əlaqələrin qurulması və dostlar qazanmaq imkanı da yaradır. Məktəblilər bu gün axşam saatlarında cənub regionunda olacaqlar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Tur-aksiya
  • cənub regionu
Azernews Newspaper
Digər xəbərlər
Tur-aksiyanın üçüncü günü məktəblilər Lənkəran rayonu ilə tanış olublar
Cəmiyyət 19 Noyabr 2016 20:11
Tur-aksiya iştirakçıları “Qızılgüllər diyarı” Zaqatalada
Cəmiyyət 13 Noyabr 2016 21:40
“Ölkəmizi tanıyaq” tur-aksiyasının 6-cı mərhələsində 76 şəhər və rayondan 3120 nəfər iştirak edəcək
Cəmiyyət 10 Noyabr 2016 12:26
“Azərişıq” ASC Cənub bölgəsində sürətli yenidənqurma işləri aparır
Biznes və iqtisadiyyat xəbərləri 21 İyul 2015 09:18
Ən çox oxunanlar
Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edilib
Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edilib
Ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbçilərin ailələrinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərman imzalanıb
Azərbaycanda din xadimlərinə maddi dəstək veriləcək - Siyahı dəqiqləşdirilir
4 marşrut xəttinin hərəkət CƏDVƏLİNDƏ dəyişiklik edildi
Nəzər nöqtəsi
Deputat: Ermənistan hakimiyyəti işğalçılıq siyasəti ilə ölkəni dalana dirəyib

Deputat: Ermənistan hakimiyyəti işğalçılıq siyasəti ilə ölkəni dalana dirəyib

Elman Nəsirov: Ermənistanda siyasi böhran pik nöqtəsinə gəlib çatıb
Zakir Nuriyev: Azərbaycanda banklar əhalinin xarici valyutaya olan tələbatını tam təmin edir
Ramiz Mehdiyev: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun ən perspektivli ölkəsinə çevrildi
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter