...

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə MDBMİ-də “Nə? Harada? Nə zaman?” oyunu üzrə turnir keçirilib (FOTO)

Cəmiyyət Materials 18 Noyabr 2015 14:17 (UTC +04:00)

Bakı. Trend:

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə ənənəvi turnir təşkil edib. Trend AZƏRTAC-a istinadən xəbər verir ki, turnir Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) Azərbaycan həftəsi çərçivəsində keçirilib.

Turnirdə Moskvanın və Rusiyanın regionlarının müxtəlif ali məktəblərindən 23 komanda qalib adı uğrunda mübarizə aparıb.

Oyuna tanınmış bilicilər, "Büllur bayquş" mükafatının sahibləri Rövşən Əsgərov və Dmitri Avdeyev aparıcılıq ediblər.

Oyundan əvvəl Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi şöbəsinin müşaviri, MDBMİ-nin məzunu Natiq Əliyev təbrik nitqi ilə çıxış edərək, Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətindən söz açıb. Hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan N.Əliyev deyib: "Azərbaycanda idman və mədəniyyət sahələrində islahatlar aparılır, xaricdə təhsil alan azərbaycanlı gənclərə xüsusi diqqət yetirilir". Azərbaycan-Rusiya münasibətlərinin inkişafında və möhkəmlənməsində gənclərin rolunu qeyd edən N.Əliyev azərbaycanlı tələbələri rusiyalı yaşıdları ilə birgə layihələrdə daha fəal iştirak etməyə çağırıb.

Prezident Administrasiyasının nümayəndəsi dünyada terrorizm təhlükəsinə, o cümlədən Parisdə törədilmiş dəhşətli terror aktlarına da toxunaraq deyib ki, Azərbaycan terrorizmə və ekstremizmə qarşı mübarizədə fəal iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti