...

Rauf Mirqədirovun növbəti məhkəmə iclasının tarixi bəlli oldu

Cəmiyyət Materials 18 Noyabr 2015 17:14 (UTC +04:00)
“Zerkalo” qəzetinin sabiq əməkdaşı Rauf Mirqədirovun növbəti məhkəmə iclası noyabrın 25-də keçiriləcək.
Rauf Mirqədirovun növbəti məhkəmə iclasının tarixi bəlli oldu

Bakı. Elmir Murad - Trend:

"Zerkalo" qəzetinin sabiq əməkdaşı Rauf Mirqədirovun növbəti məhkəmə iclası noyabrın 25-də keçiriləcək. Bunu Trend-ə açıqlamasında R.Mirqədirovun vəkili Fuad Ağayev deyib.

O, iclasın təfərrüatı barədə açıqlama verməkdən imtina edib: "Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesi qapalı idi. Ona görə də detallar barədə danışmamaq, informasiya verməməklə bağlı məndən iltizam alıblar".

Jurnalistlə bağlı istintaq Milli Təhlükəsizlik Nazirliyi tərəfindən aparılıb.

Qeyd edək ki, R.Mirqədirov 2014-cü il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Azərbaycan vətəndaşı Mirqədirov Rauf Həbibulla oğlunun Azərbaycanın suverenliyi, dövlət təhlükəsizliyi, ərazi toxunulmazlığı və müdafiə qabiliyyəti zərərinə olaraq 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək onların tapşırıqları əsasında Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə üçün ölkədəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, həmçinin dövlət sirri təşkil edən digər məlumatları fotoşəkilllər və sxemlərlə birlikdə Ermənistan, Gürcüstan və Türkiyə ərazisində dəfələrlə görüşüb onlara verməsində əsaslı şübhələr olduğundan həmin faktla bağlı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb.

Ötən il aprelin 19-da saxlanılan R.Mirqədirov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bundan sonra R.Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti