Avropada İslam təsəvvürünü kim və necə yaradır?

Avropada İslam təsəvvürünü kim və necə yaradır?

Bakı. Məftun Salmanov - Trend:

Avropada müsəlmanlar arasında İslam təsəvvürünü əsasən ərəb, Afrika ölkələrindən gəlmiş yoxsul və savadsız insanlar yaradır. Köhnə qitənin sakinlərini İslam barədə qənaətə gəlməyə vadar edənlər arasında varlı ərəbləri də göstərmək olar. Türklər də Avropada müsəlmanları fəal təmsil edənlər sırasındadır.

Bir sıra hallarda sadaladığımız insanların davranış və hərəkətləri, həyat tərzləri, xüsusilə də İslamı səhv anlayaraq onu yaşamaları avropalılarda İslam barədə yanlış təsəvvürlər yaradır.

Noyabrın 13-də Parisdə terror dəhşəti yaşandıqdan sonra Avropa ölkələrində İslam əleyhinə əsassız olaraq yeni dalğanın başladığını görmək olar. İŞİD-in Parisi qorxuya salması Avropada sağçıların və millətçilərin müsəlmanlar əleyhinə olan iddia və tələblərini gücləndirdi.

Avropada yaşayan müsəlmanların İslamı yanlış yaşaması həmin sağçılara və milətçilərə əlavə "kozır" verir. Avropalıların gündəlik həyatda həmin insanlarla tez-tez qarşılaşmaları və münasibətdə olmaları İslamı səhv anlamağa gətirib çıxarır.

Məsələnin daha yaxşı anlaşılması üçün başqa örnəklər göstərək. Postsovet ölkələrindən, o cümlədən Azərbaycandan Rusiyaya pul qazanmaq üçün gedənlər əksər hallarda rayon və kənd sakinləri olur. Etiraf etmək lazımdır ki, onların dünyagörüşləri o qədər də geniş deyil. Məhz bu səbəbdən də azərbaycanılar Rusiyada alverçi kimi daha çox tanınır.

Çox uzağa getməyək, elə ölkəmizin daxilində kəndli və şəhərli söhbətinin yaranması da əbəs yerə deyil. Məsələ kənd və şəhər insanının dünyagörüşlərinin əks qütblərdə yerləşməsindədir. İndi özünüz fikirləşin, Afrikanın hansısa qəsəbəsinin sakini Parisin göbəyindədir - bu, əsrlərin toqquşmasıdır.

Avropalıları İslam barədə daha çox məişət səviyyəsində məsələlər maraqlandırır. Bura ən çox qadınların hüquqları, geyim tərzləri, kişi və qadın münasibətləri aiddir. Məsələn, sıravi avropalıda belə bir yanlış təsəvvür var ki, müsəlman qadını mütləq niqablı olmalıdır, yəni üzünü örtməlidir. Əslində isə İslamda qadının üzünün örtülməsinə dair əmr yoxdur.

Avropalıları qıcıqlandıran daha bir məsələ müsəlman kişisinin 4-dək qadınla evlənə bilmək hüququnun olmasıdır. Belə bir imkan müsəlman kişisinə verilib. Lakin Quranda da bir qadınla evlilik məsləhət görülür. Üstəlik, 4 qadınla evlənmək daha çox müharibələrdə xeyli sayda kişinin ölməsi və buna bənzər hadisələrlə əlaqədar verilmiş imkandır. Daha bir vacib məqam isə kişinin ikinci dəfə evlənmək istəyi zamanı birinci həyat yoldaşından icazə almasındadır.

Avropalılar bilmir ki, beynəlxalq aləmdə qəbul edilmiş hüquq və azadlıqlar İslam dinində açıq və dolayısilə hələ VII əsrdə öz əksini tapıb. Bunu və ümumiyyətlə, İslamı doğru-düzgün anladacaq din xadimlərinin, alimlərin, siyasətçilərin geniş Avropa auditoriyasına çıxışı məhduddur. Bəzən bu çıxışların qarşısı süni şəkildə alınır. Avropanın yoxsul təbəqəsini təmsil edən müsəlmanların cəmiyyətə inteqrasiya edə bilməməsi və yerli hakimiyyətin bu işdə fəal, hərdən də maraqlı olmaması tərəflər arasında uçurumu daha da genişləndirir.

Təəssüf ki, Quranın bu qaydalarına nəinki Avropada, hətta müsəlman dünyasında əməl olunmur. Avropalıların qitədəki müsəlmanlardan şikayətləndiyi daha bir məsələ təmizliklə bağlıdır. Etiraf olunmalıdır ki, bu, qismən də olsa haqlı iraddır. Avropadakı müsəlmanların yaşadığı ərazilərdə təmizliyə heç də istənilən səviyyədə riayət edilmir. Halbuki "Təmizlik imandandır və ya təmizlik imanın yarısıdır" kimi hədislər mövcuddur.

Dəbdəbəli həyat tərzi keçirən ərəblər də təəssüf ki, avropalılara yaxşı müsəlman örnəyi ola bilmirlər. Onların pula pul deməyərək bədxərcliklər etməsi sadə həyat tərzi keçirən avropalılar tərəfindən anlaşılmır. Şeyxlərin Avropanın qabaqcıl klublarını ("Mançester Siti", PSJ və s.) satın almaları da onlarda bir qorxu yaradıb.

Avropalılar qorxur ki, müsəlmanlar onların ölkələrində söz sahibi olacaqlar və yaxın gələcəkdə qitə sakinləri azlıq, müsəlmanlar isə çoxluq təşkil edəcəklər. Təsadüfi deyil ki, Fransa ədəbiyyatının klassiki sayılan Mişel Uelbekin yeni romanı "İtaətkarlıq"da bu qorxu ifadə edilib.

Romanın işıq üzü görməsi məlum Paris hadisələri ilə üst-üstə düşdü. Romanda hadisələr Fransada 2020-ci illərin əvvəllərində cərəyan edir. İslamçı şəxs artıq Fransa Prezidenti olub. Səudiyyəlilər Sorbonna, qətərlilər isə Oksford universitetini alıb. Bundan sonra romanın qəhrəmanı olan müəllim Sorbonna universitetindəki işindən azad edilir. Romanda müəllifin İslam barədə yanlış təsəvvürü olduğu görünür və bu dinə, onun nümayəndələrinə qarşı, yumşaq desək, xoş münasibət bəsləmir. Yanlış təsəvvürlərinə görə müəllif müsəlmanları məhz savadsız, elmə qarşı çıxanlar, diktatorlar kimi təqdim etməyə çalışır.

Əlbəttə ki, İslam pərdəsi altında terror aktları törədən islamçı qruplaşmalar da bu dinin nüfuzuna böyük xələl yetirirlər. Hərçənd, İslam günahsız bir insanın ölümünü bəşəriyyətin ölümünə bərabər tutur. Belə terror təşkilatlarının yaradıcılarının Qərb dövlətləri olduğu iddia edilir və çox vaxt bu iddiaların həqiqət olduğu üzə çıxır. Elə götürək, ötən gün Rusiya Prezidenti Vladimir Putinin İŞİD-in 40 ölkədən maliyyə yardımı alması barədə bəyanatını. O, qeyd edib ki, bu ölkələr arasında G20 üzvləri də var. Yəqin ki, onlar arasında Qərb ölkələrinin olması heç kimdə şübhə doğurmur.

Bu fakt Avropada, eləcə də bütün dünyada İslamı gözdən salmağa və yanlış təsəvvür yaratmağa çalışanlardan birinin də Qərbin bəzi dairələrinin olduğuna işarət edir. Təbii ki, Avropadakı müsəlmanların yerli sakinlərin İslamı doğru və ya səhv anlamasında təsiri var. Lakin bu təsir yardımçı təsirdir. Yəni əsrlər boyu Avropada İslama qarşı kök salmış fikir mövcuddur. Təəssüf ki, bu fikir heç də müsbət yöndə deyil. Bu səbəbdən Avropadakı müsəlmanların yanlış təsəvvür yaratmaları sadəcə kök salmış fikri gücləndirməkdən başqa bir şey deyil.

Əvvəllər Avropada İslama qarşı nifrət "dini əsaslar"a dayanırdısa (Səlib yürüşlərini bura aid etmək olar), indi bu "əsaslar"a ateistlik də əlavə olunub. Avropa öz dini dəyərlərindən uzaqlaşaraq bu nifrəti həm də ateizm-İslam müstəvisinə çıxarıb. Paris hadisələrinə görə sosial şəbəkələrdə "Paris üçün dua edək" heşteqi yaradılanda müsəlmanların qəzəbinə tuş gəlmiş "Charlie Hebdo" nəşri maraqlı açıqlama yaydı. Nəşr açıqlamasında dualar üçün hamıya təşəkkür edərək bu qədər duaya ehtiyac olmadığını qeyd edib.

Hazırda İslam dünyası bütövlükdə Qərb dünyasından bir çox sahələrdə geri qalır. Bu gerilik özünü daha çox elm sahəsində göstərir. Elə İslam ölkələrinin güclü olduğu dövr məhz onların elmi cəhətdən güclü olduğu zamana təsadüf edib. İslamda alimin mürəkkəbi şəhidin qanından üstün sayılsa da, bəzi müsəlmanlar yanlış yerə özlərini şəhid etməyə can atırlar. Müsəlman ölkələrinin indiki acınacaqlı vəziyyətə düşməsinin səbəblərindən biri də məhz müstəmləkəçi Avropa dövlətləri tərəfindən istismar edilməsidir.

Çox vaxt bir müsəlmanın yanlış hərəkəti dünyada bütün müsəlmanların və İslamın adına yazılır. Buna görə də indi müsəlmanların üzərinə böyük məsuliyyət düşür.

“Beşiktaş” 16-cı dəfə Türkiyə Superliqasında çempion olub
“Beşiktaş” 16-cı dəfə Türkiyə Superliqasında çempion olub
“Qarabağ” - “Neftçi” oyununun vaxtı müəyyənləşib
“Qarabağ” - “Neftçi” oyununun vaxtı müəyyənləşib
AVRO-2020: Biletlər bu gündən satışdadır
AVRO-2020: Biletlər bu gündən satışdadır
Loading Bars
Xəbər lenti
Türkiyədə koronavirusdan sağalanların sayı 4,9 milyonu ötüb
“Beşiktaş” 16-cı dəfə Türkiyə Superliqasında çempion olub
HƏMAS iki saatlıq Təl-Əvivin atəşə tutulmasını dayandırdı
Gəncədə yaşayış binasında daş parçası asılı vəziyyətdə qalıb, əraziyə FHN cəlb edilib
Qəzza zolağından İsrail ərazisinə 2,8 mindən artıq raket atılıb
Abbas Baydenlə Yaxın Şərqdəki son hadisələri müzakirə edib
Bakıda minik avtomobili yanıb
Bütün xarici aviaşirkətlər İsrailə uçuşları dayandırıb
HƏMAS İsrailin bir neçə şəhərinə zərbələr endirib
İslam Əməkdaşlıq Təşkilatının təcili iclası keçiriləcək - Türkiyə XİN
İsrail ordusu Qəzza zolağında çoxmərtəbəli binaya zərbə endirdiyini təsdiqləyib
"Nordwind" aviaşirkəti mayın 18-dən Sankt-Peterburqdan Bakıya birbaşa uçuşlara başlayır
İranla sərhəddə atışma: İki sərhədçimiz şəhid olub
Gürcüstanda koronavirusa daha 1 576 nəfər yoluxub
Ceyhun Bayramovun tacikistanlı həmkarı ilə telefon danışığı baş tutub
2021-2022-ci illərdə Azərbaycan dövlət büdcəsinin kəsiri azalacaq - "Fitch Ratings"
Azərbaycanda pandemiya dövründə sərnişinlər əsasən bu nəqliyyat vasitəsindən istifadə edib
"Fitch" Azərbaycana birbaşa xarici investisiyaların artımını proqnozlaşdırır
ABŞ-ın Azərbaycandakı səfiri və USAID-in direktoru Milli Məclisin deputatı Sevil Mikayılova ilə görüşüblər
Prezident İlham Əliyev: Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır
Azərbaycanda indiyədək COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 377 nəfər koronavirusa yoluxub, 14 nəfər vəfat edib
Azərbaycanda pandemiya dövründə qeyri-neft-qaz sektorunda məhsul istehsalı artıb
"Fitch Ratings" Azərbaycanda ÜDM-in artımını proqnozlaşdırır
Azərbaycanda tütün məmulatları istehsalı artıb
“Qarabağ” - “Neftçi” oyununun vaxtı müəyyənləşib
“Xarıbülbül” musiqi festivalı tarixi zəfərin nidası idi - Deputat
İranda daha 200 nəfər koronavirusdan ölüb
Göygöldə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər məsuliyyətə cəlb edilib (FOTO)
Azərbaycan aviasiya vasitələri təlim-məşq uçuşlarına başlayıb (FOTO)
Azərbaycanın müasir tarixinin şanlı səhifələri yazılır
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Nic qəsəbəsində 1 saylı orta məktəbdə və Müqəddəs Yelisey adına Cotari kilsəsində olublar (FOTO) (YENİLƏNİB)
"Türk Hava Yolları" Gəncəyə uçuşları bərpa edib (FOTO)
Sabahdan ictimai nəqliyyatın fəaliyyəti bərpa edilir
Azad olunmuş ərazilərdə yeni hərbi hissələrin açılışı olub (FOTO/VİDEO)
Piyada əleyhinə mina risklərinə həsr olunmuş beynəlxalq konfrans təşkil edilib
“Xarıbülbül” beynəlxalq musiqi festivalı Fransa mətbuatında (FOTO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışında iştirak ediblər (FOTO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsində olublar (FOTO) (YENİLƏNİB)
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva Qəbələdə yeni körpü və avtomobil yolunun bərpadan sonra istifadəyə verilməsi tədbirində iştirak ediblər (FOTO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələ rayonuna səfərə gəliblər (FOTO/VİDEO)
“Xarıbülbül” musiqi festivalı: Şanlı Qələbəmizin musiqi paradı
Sabah 35 dərəcə isti olacaq
Adam oğurluğu səbəbindən axtarışda olan şəxslər saxlanıldı
Ermənistanda son sutkada 13 nəfər koronavirusdan ölüb
Gəncə sakinində “revolver” tipli tapança aşkarlanıb
İspaniyalı deputatların erməni təəssübkeşi qismində aksiya keçirmələri qəbuledilməzdir - Sevil Mikayılova
Balakəndə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər cərimələnib (FOTO)
Azərbaycan neftinin qiyməti bahalaşıb
Bakıda keçiriləcək "JARA 2022" festivalının tarixləri açıqlandı
Qarabağda sülhməramlılara qarşı təxribat xarakterli hərəkətlər olmayıb - Rusiya Müdafiə Nazirliyi
Saatlıda parklanma qaydalarını pozan sürücülər məsuliyyətə cəlb olunub
“Xarıbülbül” festivalı Qarabağın tarixi simasının bərpasını təcəssüm etdirir – Deputat
Qazax sakinində narkotik aşkarlanıb
AVRO-2020: Biletlər bu gündən satışdadır
Salyanda transformator yanıb
Çernoqoriya turistlərə sərhədlərini açır
Cənubi Koreya Azərbaycanda yeni layihələr icra edəcək
Zidan mövsümün sonunda "Real"dan ayrılacaq
Millət vəkili Arzu Nağıyev Tovuz və Gədəbəydə şəhid, qazi ailələri və seçicilərlə görüşüb (FOTO)
Sakit okeanda zəlzələ baş verib
Çində yeddi nəfər qasırğanın qurbanı olub
Çinin kosmik aparatı uğurla Marsın səthinə enib
Qəzzada evin vurulması nəticəsində 8 fələstinli həlak olub
İraqda ağır yol qəzası, sərnişinlər avtobusda yanıb
Meksikada narkotacirlərin hücumu nəticəsiəndə iki əsgər ölüb
Rusiya bu ölkələrlə hava əlaqələrini bərpa edir
İnigltərə çempionatı: "Mançester Siti" "Nyukasl"a qalib gəldi
"WhatsApp" yeni qaydalarını qəbul etməyən istifadəçilərə məhdudiyyətlər tətbiq edir
Abşeronda restoranda yanğın baş verib
İraqın şimalında türk əsgəri şəhid olub
Azərbaycan Premyer Liqasında növbəti turun oyun cədvəli açıqlanıb
Qəzza və İordanın Qərb sahilində gün ərzində 26 fələstinli ölüb, 600 nəfərdən çox yaralanıb
Dünyada ötən sutka koronavirusa 717 mindən çox yoluxma qeydə alınıb - ÜST
Suriyadan İsrailə üç raket buraxılıb
"Amazon" ilin sonuna qədər İngiltərədə 10 min yeni iş yeri yaradacaq
Ukraynanın Səhiyyə naziri istefa etdi
"Facebook" və "İnstagram"ın işində qüsurlar yaranıb
DİN itkin düşən qadınla bağlı əhaliyə müraciət edib (FOTO)
Balakəndə evdə yanğın olub
Ukrayna iqtisadiyyat və infrastruktur nazirləri istefa ediblər
Sahibə Qafarovanın Türkiyə Böyük Millət Məclisinin Sədri ilə telefon danışığı olub
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Qarabağdan növbəti görüntülər paylaşıb (FOTO/VİDEO)
Füzulidə ev yanıb
Azərbaycanda ötən ay bahalaşan və ucuzlaşan məhsullar bunlar olub
Bakıda restoranda qaz balonu partlayıb, 4 nəfər xəsarət alıb
"Xarıbülbül” festivalı ilə dünyaya bir sıra mesajlar vermiş olduq - Tural Gəncəliyev
Azərbaycan vasitəsilə 10 milyon tondan artıq yük daşınıb
Ceyhun Bayramov ilə Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi arasında telefon danışığı olub
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb​​​
Azərbaycanda 1 262 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub
Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb
İndoneziya sahillərində 6,8 bal gücündə zəlzələ olub
Ceyhun Bayramovla Filip Riker arasında telefon danışığı olub
Aprel ayında 11 uşaq övladlığa verilib
Əfqanıstanın dövlət başçısı Prezident İlham Əliyevə telefonla zəng edib
AVRO-2020: Bakıdakı oyunların biletləri satışa çıxarılır
Yasamalda gəncin intihar etməsi faktı ilə bağlı araşdırma aparılır
Sərxoş sürücülər 2 nəfərin ölümünə səbəb olub
Zabrat şossesində yolun bir zolağı hərəkət üçün məhdudlaşdırılıb
Bütün xəbərlər